!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın “Bayraktar” NARAHATLIĞI: “Türkiyə Ukrayna vasitəsilə sanksiyalardan yayınacaq”

!Reklam – Yazi

Ukraynada “Bayraktar” PUA-larının istehsalına dair razılaşmalar Rusiyada ciddi müzakirə mövzusuna çevrilib.

Yenicag.az xəbər verir ki, rusiyalı hərbi ekspert Vladislav Şurıqin “İzvestiya” nəşrində Ukrayna ilə Türkiyə arasında “Bayraktar TB2” PUA-larının istehsalı ilə bağlı anlaşmanı şərh edib.

Ekspertin fikrincə, Ukrayna “Bayraktar”ların istehsalına başlamaqla Qərb ölkələrinin 44 günlük müharibənin gedişində Türkiyəyə qarşı tətbiq etdikləri müəyyən sanksiyaların təsirini azaltmağa yardım göstərəcək:

“Aydındır ki, bu tandemdə Ukraynanın Türkiyəyə deyil, Ankaranın Kiyev qarşısında siyasi və ya humanitar tələblər qoymaq imkanı var. Hazırda NATO-da Kiyevə çox xoş münasibət mövcuddur və Qərb ölkələri Türkiyəyə satılması qadağan edilmiş detalları Ukraynaya həvəslə satacaqlar”.

Materialda qeyd olunub ki, Ukrayna bundan əvvəl özünün “Bayraktar” səviyyəsində PUA istehsalını təmin etmək imkanında olmadı. O baxımdan, ölkədə həmin PUA-ların istehsalına başlanılması Kiyevin daha ucuz şərtlərlə müvafiq Qərb texnologiyaları əldə etməsinə imkan yaradacaq.

www.yenicag.az

439
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv