!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın BMT Təhlükəsizlik Şurasından çıxarılması: Ukrayna hərəkətə keçdi

!Reklam – Yazi

Ukrayna Rusiyanın BMT Təhlükəsizlik Şurasında üzvlüyünün qanunsuz olduğunu isbatlamağa hazırlaşır.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba danışıb.

Nazirin sözlərinə görə, ölkəsi bu istiqamətdə konkret addımların atılması üçün hazırlıqlara başlayıb:

“Rusiya uzun müddətdir ki, BMT-ni və təmsil olunduğu bütün beynəlxalq təşkilatları zəhərləməklə məşğuldur.

Digər tərəfdən, Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusuna da qanunsuz şəkildə, hüquqi əsas olmadan və otuz bir il əvvəl tətbiq edilən dələduzluq sxemi nəticəsində sahiblənib.

Hazırda Ukrayna Rusiyanın BMT Təhlükəsizlik Şurasında qanunsuz təmsil edildiyini isbatlayacaq və onu həmin statusdan məhrum edəcək rəsmi addımların atılmasına hazırlaşır”.

www.yenicag.az

273
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv