!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın bölgədə təsirini artırma CƏHDİ: "Azərbaycan güc yolu ilə suverenliyinə olan təhdidi aradan qaldırsın"

!Reklam – Yazi

“Rusiya ilə indiki məqamda müharibə etmək dəlilikdir, rəsmi Moskvaya ümid bağlamaq da axmaqlıqdır”.

Bu fikirləri Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı səfəri və Azərbaycan tərəfininin erməni icması ilə görüşü haqda danışan Haqq Ədalət Partiyası (HƏP) Ali Məclisinin sədri Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında deyib.

Zəlimxan Məmmədli bildirib ki, kiminsə fikri Azərbaycan Konstitusiyasından üstün deyil:

“Rusiya Azərbaycana özünün strateji, hərbi, siyasi maraqları ilə yanaşır. Onun marağı həm də Azərbaycanın güclü yox, zəif olması istiqamətindədir. Rusiya ortaya yeni bir şey qoymur.

Lavrov Bakıya gəldi və Laçın dəhlizində nəzarət buraxılış məntəqəsinin olmayacağını dedi. Bu, Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə, Konstitusiyasına həqarətdir. Heç bir beynəlxalq saziş, kiminsə fikri Azərbaycan Konstitusiyasından üstün deyil. Azərbaycanın ərazisi referendumla müəyyən olunub. Laçın dəhlizində nəzarət buraxılış məntəqəsi qoymayacağıqsa, onda Azərbaycan güc yolu ilə suverenliyinə olan təhdidi aradan qaldırsın. Lavrov sülhməramlılara əlavə imtiyaz almaq niyyətindədir. Texniki vasitələrin quraşdırılması barədə razılıq bir addım qabağa gedişdir. Lavrov Azərbaycanın rəsmi mövqeyini qəbul etməsə də, ancaq o mövqeyə yaxınlaşmaqdır.

Lavrovun gəlişindən sonra Rusiya sülhməramlılarının qərargahında Azərbaycan missiyasının erməni icması ilə görüşməsi etimad mühitini ələ almaq kimi bir şey ola bilər. Bakı erməni icması ilə danışıqlara razıdır, ancaq icma ilə, separatçılarla yox. Müsbət tərəf odur ki, erməni icması ilə əlaqə başlayıb, bunun gələcəkdə format və səlahiyyət olaraq tanınması müzakirə predmetidir. O otağın quruluşundan da aydın görünürdü ki, ora Azərbaycan yox, Rusiya idi. Onlar bununla diqtə etdiklərini göstərirdi. Hesab edirəm ki, Azərbaycanın rəsmi qurumları bununla bağlı mövqe ifadə etməlidir. Hesab edirəm ki, Rusiya məkrli planından imtina etməyib. O plan durur”.

Səxavət Məmməd

www.yenicag.az

422
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv