!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın boşa çıxan səfərbərlik PLANI: İşğal edilmiş Donbasda əsgər yığa bilmirlər

!Reklam – Yazi

Ukraynanın Rusiya işğalı altında olan Luqansk və Donetsk vilayətlərində məcburi səfərbərlik planı pozulub.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi açıqlayıb.

Məlumatda regionda yaşayan çağırış yaşlı kişilərin məcburi hərbi xidmətdən yayındıqları bildirilir:

“Rusiyanın Quru Qoşunlarının komplektləşdirilməsi üçün Donbasda ehtiyatda olan 26 min nəfərin hərbi xidmətə çağırış planı iflasa uğrayıb. Çağırış yaşlı (18-65 yaş) kişilər işğalçı ordunun tərkibində məhv olmamaq üçün hərbi xidmətdən yayınırlar”.

Qeyd edilir ki, Rusiya Donbasda keçiriləcək məcburi səfərbərlik nəticəsində Cənub və Qərb Hərbi dairələri ümumqoşun ordularının tərkibində 17 atıcı alayın yaradılmasını nəzərdə tutsa da, bu məqsədə nail olunmayıb.

www.yenicag.az

786
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv