!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın boşa çıxan Vardanyan KARTI:"Lavrov fevralın axırında Bakıya gələcək, bu məsələlər..."

!Reklam – Yazi

“Erməni icmasının içərisində Azərbaycanla əlaqələri istəyən əhalinin sayı altmış faizdən çoxdur, ancaq Ruben və Rusiyanın müəyyən dairələri proseslərin qarşısını almağa çalışır”.

Bu sözləri Qarabağdakı separatçılar arasındakı gərginliyi və fikir ayrılığını dəyərləndirən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Qabil Hüseynli bildirib ki, Münxen görüşündən sonra proseslər fərqli istiqamətə gedə bilər:

“Separatçılar arasında ziddiyyət var. Ziddiyyət, əsasən, Arayik Arutyunyanla Ruben Vardanyan arasındadır. Bu, malalanmış formadır. Əslində, Rubenə qarşı ziddiyyəti olanlar Ermənistanın Baş naziri Nikol Paşinyan, onun yerlərdəki nümayəndələri, qondarma respublikanın keçmiş təhlükəsizlik rəhbəri Vitali Balasanyandır. Arayik aradan çıxmağa çalışsa da, o, Azərbaycana inteqrasiyanın tərəfdarı kimi son zamanlar müəyyən bəyanatlar səsləndirib. Erməni icmasının içərisində Azərbaycanla əlaqələri istəyən əhalinin sayı altmış faizdən yuxarıdır. Sadəcə Ruben və Rusiyanın müəyyən dairələri proseslərin qarşısını almağa çalışır.

Münxen görüşündən sonra proseslər fərqli istiqamətə gedə bilər. Ermənistanın xarici işlər naziri Mirzoyan Türkiyəyə gedərkən onun qarşısına qoyulan vəzifələrdən biri də Ruben Vardanyanın Qarabağdan çıxarılması idi. Erməni mətbuatı da yazır ki, Ruben yola salınacaq. Bu həm də Azərbaycan siyasi rəhbərliyinin Rusiyadan tələblərindən biridir. Rusiya oyun oynayır, bunu başa düşürük. Rusiyanın dalana dirəndiyini də söyləmək mümkündür. Lavrov fevralın axırında Bakıya gələcək. Bu məsələlər Bakıda çözüləcək.

Azərbaycan Qarabağdakı separatçıları qarşı təzyiqi artırmalıdır. Ən əsas vəzifə isə oradakı silahlıların çıxarılmasıdır. Bu da sülh danışıqları prosesində həll edilə bilər. Güman edirəm ki, Azərbaycan da Ermənistan kimi, Brüssel variantını seçə bilər. Rusiyanın moderatorluğu artıq işləmir.

Proseslər çətindir, ağırdır, çox ciddi kompramislər tələb edir. Ancaq perspektivdə müqavilənin imzalancağı görünür desəm, səhv etmərəm”.

Səxavət Məmməd

www.yenicag.az

331
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv