!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rusiyanın böyük itkilərə başa gələn “uğurları” müharibənin gedişinə təsir etməyəcək” – ABŞ rəsmisi

!Reklam – Yazi

“Donbasda tərəflərin qələbəsi və məğlubiyyəti ilə müşayiət olunan ağır döyüşlər davam edəcək”.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu fikirləri Rusiya ordusunun Ukraynanın Baxmut və Soledar şəhərlərinə hücum əməliyyatına münasibət bildirən ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays deyib.

Onun sözlərinə görə, Rusiyanın kiçik hərbi “uğurları” onu strateji məğlubiyyətdən xilas etməyəcək:

“Müharibəyə qədər cəmi on min əhalisi olan Soledar uğrunda döyüşlərin xəbər başlıqlarına düşməsi, Rusiyanın böyük itkilər hesabına “uğur” qazanması onun özünü doğrultmayan imkanları ilə bağlıdır.

Ümumiyyətlə Rusiyanın böyük itkilər bahasına yeni ərazilər zəbt etməsi çoxdan eşitmədiyimiz bir hadisədir. Bu əlbəttə ki, Ukrayna ordusunun ötən ilin sonlarında başladığı effektli əks-hücumlarının nəticəsidir.

Ancaq bütün hallarda Rusiyanın böyük itkilərə başa gələn “uğurları” müharibənin gedişinə təsir etməyəcək. Eyni zamanda, Donbasda tərəflərin qələbəsi və məğlubiyyəti ilə müşayiət olunan ağır döyüşlər davam edəcək”.

www.yenicag.az

245
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv