!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın bu gecə hücuma məruz qalan vilayətləri

!Reklam – Yazi

Avqustun 29-dan 30-na keçən gecə Rusiyanın ən azı yeddi regionu PUA-ların hücumuna məruz qalıb.

Yenicag.az Rusiya mediasına istinadən xəbər verir ki, avqustun 29-da axşam saatlarında Pskovda hərbi-mülki aerodrom hücuma məruz qalıb. Orada yanğın başlayıb, gecə lokallaşdırılıb. Qubernator Mixail Vedernikovun sözlərinə görə, ölən və xəsarət alan yoxdur. Dörd İl-76 hərbi-nəqliyyat təyyarəsi zədələnib.

Daha sonra Müdafiə Nazirliyi Bryansk vilayətində üç pilotsuz təyyarənin vurulduğunu bildirib. Vilayətin qubernatoru Aleksandr Boqomazın sözlərinə görə, onların hamısı Bryanskı üzərində vurulub, itki yoxdur. Qubernator səhər saatlarında Bryanskın Sovetski rayonu səmasında daha bir pilotsuz təyyarənin vurulduğunu, qurğunun düşməsi nəticəsində inzibati binanın damının və şüşələrinin zədələndiyini, yanğının başladığını bildirib.

Oryol vilayətində bir pilotsuz uçan aparat məhv edilib, dağıntılar və itkilər barədə məlumat yoxdur.

Daha sonra Müdafiə Nazirliyi Kaluqa bölgəsində bir pilotsuz təyyarənin vurulduğunu bildirib. Qubernator Vladislav Şapşa bildirib ki, iki pilotsuz təyyarə vurulub: biri Suxiniçski rayonunda vurulub, digəri isə Dzerjinski rayonunda neft məhsullarının saxlanması üçün boş çənə düşüb. Hər iki halda itki olmayıb, lakin PUA-nın tanka dəyməsi nəticəsində yanğın başlayıb;

Ryazan vilayətində daha bir pilotsuz təyyarə məhv edilib

Sevastopoldakı körfəzdə dənizdən pilotsuz təyyarələrin hücumu dəf edilib.

Moskva vilayətinin Ruza rayonunda PUA məhv edilib.

Bundan əlavə, Müdafiə Nazirliyinin məlumatına görə, avqustun 30-da gecə yarısı Qara Dəniz Donanmasının hərbi-dəniz aviasiya təyyarəsi Qara dənizdə Ukrayna paraşütçüləri ilə birlikdə ümumi sayı 50 nəfərə qədər olan dörd qayığı məhv edib.

www.yenicag.az

147
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv