!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın Cənubi Qafqazda əl-qol açmasına SƏBƏB: “Türkiyə, İsrail, Pakistan...” - POLİTOLOQ

!Reklam – Yazi

“Azərbaycana qarşı ədalətsiz mövqe tutan bir çox dövlətlər, Aİ missiyasının və Ermənistanı müdafiə edən siyasəti, eyni zamanda Rusiyanın bu bölgədəki maraqlarını bilən Qərb ölkələrinin ikiüzlü yanaşması, Fransanın Ermənistana dəstək verməsi Rusiyanın Cənubi Qafqazda əl-qol açmasına daha da böyük rəvac verir”.

Bunu Ermənistan-Azərbaycan arasında Vaşinqton formatında sülh müqaviləsinin imzalanmasında Rusiyanın narazılığından danışan Konfliktalogiya Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Vüqar Qədirov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Rusiya post-sovet məkanında yaratdığı münaqişələri inkişaf etdirmək istəyir:

“Son nəticədə öz imperiyasını bərpa edə bilənə qədər. Ukraynada, Maldovada, Gürcüstanda baş verən hadisələr, Qazaxıstana qarşı açıqdan-gizlindən həmlələri və digər məsələləri göz önünə gətirsək, Rusiyanın hələ də öz imperialist maraqlarından əl çəkmədiyini görərik. Bu səbəbdən Rusiya Ermənistanın təcavüzkar siyasətini dəstəkləyir. Və həmin təcavüzkar siyasətin bünövrəsini də məhz Rusiya qoyub.

Rusiya Ermənistanı Türkiyə ilə Azərbaycan arasında bufer zona kimi yaradıb. İndi də onu forpost kimi istifadə edir. Çox təəssüflər olsun ki, Rusiyanın bu münaqişəyə münasibəti tamamilə imperialist maraqlara xidmət edir. Hətta İranın da Azərbaycana qarşı aqressiv davranmasının səbəbkarı məhz Rusiyadır. Çünki İran Azərbaycana qarşı bu qədər açıq təhdid-təzyiq dilində danışa bilməz.

Rusiya ABŞ formatında Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını öz maraqlarına zərbə kimi qiymətləndirir. Sülh müqaviləsi bağlandıqdan sonra nə Ermənistandankı hərbi bazaya, nə də ki, Qarabağda sülhməramlıların qalmasına ehtiyac qalacaq. Ona görə də Rusiya bütün vəchlə cığallıq edib, oyunu pozmağa çalışır.

Rusiya Ukraynada acı məğlubiyyətə uğramağına, iqtisadiyyatının çökməsinə baxmayaraq başqa xalqların üzərində əzici maraqlarını həyata keçirməyə, yenidən SSRİ-nin sərhədlərini bərpa etməyə çalışır. Amma təbii ki, Azərbaycan da əvvəlki Azərbaycan deyil. Qardaş Türkiyə, İsrail, Pakistan, Böyük Britaniya kimi Azərbaycanın maraqlarını müdafiə edən dövlətlər var.

Rusiyanın Qarabağda öz qoşununu saxlaması, üçtərəfli müqaviləyə zidd olaraq bölgədə yerləşən separatçı qüvvələri çıxarmaq əvəzinə onları maliyyələşdirməsi, silahlandırması yeni münaqişə ocağını qızışdırma istəyindən irəli gəlir. Azərbaycana qarşı ədalətsiz mövqe tutan bir çox dövlətlər, Aİ missiyasının və Ermənistanı müdafiə edən siyasəti, eyni zamanda Rusiyanın bu bölgədəki maraqlarını bilən Qərb ölkələrinin ikiüzlü yanaşması, Fransanın Ermənistana dəstək verməsi Rusiyanın Cənubi Qafqazda əl-qol açmasına daha da böyük rəvac verir. Terrorçu, separatçı dəstələri himayə etməklə Rusiya burada yeni müharibə ocağının qalanmasına çalışır. Bu da yaxın perspektivdə təhlükəli proseslərdən xəbər verir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

343
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv