!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın ən böyük qorxusu... - Ukraynanın Krım planı üzə çıxdı

!Reklam – Yazi

Müharibə davam edərkən, Ukrayna Rusiyanı qəzəbləndirəcək bir addım atıb. Ukraynanın Krımla bağlı planının təfərrüatları üzə çıxıb.

Yenicag.az-ın xarici mediaya istinadən məlumatına görə, Krıma hücumu dəfələrlə “qırmızı xətt” kimi xarakterizə edən Rusiyanın bu açıqlamalarına baxmayaraq, Ukrayna Rusiyanın narahatlığına səbəb olacaq addım atıb.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov Kiyevin bu yaz planlaşdırdığı əks-hücum öncəsi planı yayımlayıb. Danilov öz planında Moskvanın Krımda təyin etdiyi administrasiyada işləyən bütün ukraynalıların cinayət məsuliyyətinə cəlb olunmasını təklif edib.

“Moskva 2014-cü ildə Krımı ilhaq etsə də, dünyanın əksər hissəsi onu Rusiya ərazisi kimi tanımaqdan imtina edir”.

Ukrayna rəsmisi bildirib ki, bu insanların bəziləri cinayət məsuliyyətinə cəlb olunacaq, digərləri isə dövlət təqaüdlərini itirəcək və ictimai işlərdən kənarlaşdırılacaqlar.

Facebook-da paylaşım edən Danilov, 2014-cü ildən sonra Krıma köçən bütün Rusiya vətəndaşları deportasiya edilməli və Rusiya hakimiyyəti altında aparılan bütün daşınmaz əmlak sövdələşmələri ləğv edilməli olduğunu vurğulayıb.

Planın bir hissəsi olaraq Danilov Rusiyanın Krıma inşa etdirdiyi 19 kilometrlik (12 mil) körpünün sökülməsi üçün də çağırış edib./manşet.az/

www.yenicag.az

303
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv