!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın enerji hökmranlığı: "Moskva hamını nefti-qazı ilə şantaj edir"

!Reklam – Yazi

“Avropanın Rusiyanın qaz asılılığından tam qurtulması üçün təxminən 120 milyon ton LNG tələb olunur”.

Bu sözləri Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin Avropanın enerji təchizatına təsirlərini dəyərləndirən iqtisadçı Rövşən Ağayev Yenicag.az-a açıqlamasında bildirib.

İqtisadçı hesab edir ki, sözügedən proses Avropanın enerji təchizatında köklü dəyişikliklər yaranmasına səbəb olacaq:

“Xam neftlə bağlı problem ciddi deyil. Çünki Rusiyanın qlobal təchizatda cəmi 10 faiz payı var. İranın bazara qaytarılması, digər iri istehsalçıların istehsalını artırmaqla Rusiya hesabına yaranan boşluğu aradan qaldırmaq o qədər də çətin görünmür. Qısamüddətli dövrdə əsas problem Avropanın qaz təchizatı ilə bağlı ola bilər. Rusiya Avropa bazarına ildə orta hesabla 160-170 milyard kub təbii qaz göndərir. Avropanın Rusiyanın qaz asılılığından tam qurtulması üçün təxminən 120 milyon ton LNG tələb olunur. Rusiyanın aqressivliyini yalnız onun enerji asılılığına son vermək durduracaq.

Müasir elmi-texnoloji transormasiyada heç bir rolu olmayan bu qoca imperiya hamını nefti-qazı ilə şantaj edir. Ona görə keçmiş rəhbəri Medvedyev dünən Avropaya göz-dağı olmaq üçün “2000 dollarlıq qaza xoş gəldiniz” yazmışdı”.

Gülşən Şərif

www.yenicag.az

1147
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv