!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın Ermənistan SSENARİSİ: Bu qüvvələr Paşinyana qarşı birləşir – Qiyam EHTİMALI

!Reklam – Yazi

“Rusiya Ermənistanın Baş naziri Nikol Paşinyanın siyasətindən narazıdır. Nikol Paşinyan da Rusiyadan siyasi-hərbi asılılığını azaltmağa çalışır. İqtisadi asılılıq isə davam edir. Əksinə, son illərdə Ermənistan-Rusiya ticarət əlaqələri də şübhəli şəkildə artıb. Eləcə də İrəvan sanksiyalardan yayınmaqda Moskvaya kömək edir, amma siyasi-hərbi mənadakı əməkdaşlıq çox aşağı səviyyədədir.

Çünki Ermənistanın baş naziri və digər rəsmilər açıq şəkildə bəyan edirlər ki, KTMT-yə inanmırlar, ondan çıxmaq barədə düşünürlər”.
Bu fikirləri Yenicag.az-a “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq Rusiya Baş Qərargah İdarəsi tərəfindən Gürcüstan vasitəsilə Ermənistana hərbi dəhlizin yaradılması planını şərh edib.
Qeyd edək ki, Gürcüstan vasitəsilə Ermənistana hərbi dəhlizin açılması planı aprelin 5-də Rusiya Baş Qərargahında Ermənistan-Aİ-ABŞ görüşündən əvvəl müzakirə olunub. Rusiya KİV-lərinin məlumatına görə, planda Rusiya ordusunun Cənubi Osetiyadan hərəkətə keçərək, Tiflisin ətrafı ilə Sadaxlı yaşayış məntəqəsinə irəliləməsi nəzərdə tutulub. Əməliyyatın həyata keçirilməsi üçün isə 5 saat müddət nəzərdə tutulub.

Məsələyə münasibət bildirən analitik əlavə edib ki, gün Ermənistanda Paşinyana qarşı müxtəlif qüvvələr də birləşib.
“Bu kilsə, “Qarabağ klanı”nın simasındakı radikal müxalifət, Qarabağ separatçılarının tör-töküntüləri və Ermənistandakı “beşinci kolon”dur. Paşinyan özü də etiraf etmişdi ki, Ermənistan ordusunda da “beşinci kolon” mövcuddur. “Beşinci kolon” dedikdə isə Rusiya hərbi kəşfiyyatı nəzərdə tutulur. Bu qüvvələr hazırda Paşinyana təzyiq etməyə çalışırlar”, – deyə o əalvə edib.
Siyasi təhlilçi bildirib ki, bütün bunların fonunda isə ABŞ var gücü ilə Paşinyanı qoruyur:

“ABŞ tərəfi kəşfiyyat məlumatlarını Baş nazirlə bölüşür ki, ona qarşı qiyam olarsa, bu haqda xəbərdar edilsin və Rusiya onu devirə bilməsin. Rusiyanın Paşinyanı devirmək istəyi və planı ola bilər, amma Rusiyanın Ermənistanla birbaşa sərhədi yoxdur. Məsələn, Ukrayna ilə sərhədi var deyə, onunla birbaşa müharibə aparır və istəklərinə nail olmaq istəyir. Lakin Ermənistana müdaxilə etmək istəsə, gərək Gürcüstan ərazisindən istifadə edə”.

Politoloq onu diqqətə çatdırıb ki, Gürcüstanın Rusiyanın belə bir istəyinə yaşıl işıq yandıracağını zənn etmir.

“Ona görə ki, bu, Gürcüstanın da təhlükəsizlik maraqlarına ziddir. Onsuz da Gürcüstanın Rusiya ilə diplomatik münasibətləri yoxdur və rəsmi Tbilisi NATO və Aİ-nin üzvü olmaq istəyir. Yəni belə bir məqamda Gürcüstan durub, Rusiya ordusunu öz ərazisindən keçidinə imkan verməz. Amma Rusiya öz ordusunu Gürcüstan üzərindən Ermənistana daxil etmədən də Paşinyana problem yarada bilər. Çünki Rusiyanın Gümrüdə 102-ci hərbi bazası var. Moskva 102-ci hərbi bazanın imkanları və Ermənistan ordusunda təfriqə yaratmaqla Paşinyana qarşı qiyam qaldıra bilər. Lakin bu, ABŞ-nin maraqlarına ziddir, çünki Birləşmiş Ştatlar Paşinyanı özünə müttəfiq kimi görür ki, Rusiyanın bölgədəki təsir gücü azalsın. Bu mənada, Vaşinqton var gücü ilə çalışacaq ki, Paşinyan hakimiyyətini qoruyub saxlasın”, – politoloq yekunlaşdırıb.

Rafi Müslümov

www.yenicag.az

1346
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv