!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın Ermənistana hərbi müdaxilə PLANI: “102-ci bazanın genişmiqyaslı təlimlərə hazırlaşması...”

!Reklam – Yazi

“Ermənistan bu addımları ilə Rusiyanın nəzarətindəki təşkilatlarla əlaqələrini sonlandırmaq istəyir”.

Bu fikirləri mövcud şəraitdə Rusiya ilə Ermənistan arasında artan gərginliyin hərbi münaqişəyə çevrilmə ehtimalını dəyərləndirən sabiq dövlət müşaviri Qabil Hüsyenli Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, tərəflər arasında münasibətlərin kəskinləşməsinə baxmayaraq, Rusiyanın Ermənistana hərbi müdaxiləsi gözlənilmir:

“Doğrudur, Ermənistan riskli hərəkətlərini intensivləşdirərək Rusiyadan sürətlə uzaqlaşır, bütün körpüləri yandıra-yandıra gedir. Roma Statutunun ratifikasiyası isə vəziyyəti daha da gərginləşdirib. Ermənistan üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına nümayəndə göndərmir, oradan çıxacağını bəyan edir, eyni zamanda, Gömrük sazişindən və Avrasiya İttifaqından çıxmaqla bağlı ərizə ilə müraciət edib. Ermənistan bu addımları ilə Rusiyanın nəzarətindəki təşkilatlarla əlaqələrini sonlandırmaq istəyir.

Rusiyanın Ermənistandakı 102-ci hərbi bazanda genişmiqyaslı təlimlərə hazırlıq görülməsi isə İrəvana qarşı sırf psixoloji xarakterli gedişdir. Bəli, Rusiyadan istənilən addımı gözləmək mümkündür, indiki vəziyyətdə onun Ermənistana hərbi hərbi müdaxiləsi mümkün görünmür. Çünki Ermənistanda ABŞ-nin desant qrupu yerləşdirilib və birgə hərbi təlimlər keçirlər. Bundan başqa, oradakı ABŞ hərbi kontingentinin genişləndirilməsi də gözlənilir. Ona görə də, inanmıram ki, Rusiya Ermənistana hərbi müdaxiləyə qərar versin. Rusiya rəsmiləri ilə mediasının Ermənistana yönəlik təhdidlərinin sözdən işə keçməsi inandırıcı deyil”.

Səxavət Məmməd

www.yenicag.az

208
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv