!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın Ermənistana təzyiq mexanizmləri: "Münasibətlərin getdikcə gərginləşməsi fonunda..." - ŞƏRH

!Reklam – Yazi

“Ermənistan iki stulda oturmuş siyasətini davam etdirə bilmir. Münasibətlərin getdikcə gərginləşməsi fonunda Rusiya yumşaq gücdən istifadə edə bilər”.

Bu fikirləri getdikcə gərginləşən Rusiya-Ermənistan münasibətləri fonunda Kremlin atacağı addımlar haqda düşüncələrini bölüşən hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, Rusiya-Ermənistan münasibətlərindəki gərginlik 2018-ci ildən başlayıb:

“Paşinyan Rusiyaya qarşı qurulan planın bir hissəsidir. 2018-ci ildən öncə əkilən toxumlar artıq cücərib. Paşinyanın üzərinə düşən öhdəlik Rusiyanın təsir imkanlarını Ermənistanda tamamilə kəsməkdir. Mərhələli şəkildə yazılan plan üzrə addımlar atılır.

Ermənistan Vətən müharibəsində uduzduqdan sonra erməni cəmiyyətində Rusiyaya qarşı güvənsizlik yarandı. “Rusiya bizi qorumursa, biz də Qərbə arxalanarıq” fikrindədirlər. Rusiya hərbi bazasını çıxarıb əvəzində Avropa İttifaqının missiyasını gətirmək istəyirlər.

2018-ci ilə qədər Ermənistan iqtisadiyyatı tamamilə Rusiyadan asılı olub. Ermənistanda strateji obyektlər, xüsusilə dəmiryol infrastrukturu Rusiyaya aiddir. Belə olan halda, Rusiya: “Ermənistan mənim mövcudluğumu görməzdən gəlir”, – deyərək təzyiq mexanizmlərinin axtarışındadır. Təzyiq mexanizmlərinin isə iki yolu var: yumşaq və sərt güc. Ermənistan-Rusiya münasibətlərinin indiki mərhələyə gəlib çatmasında Rusiyanın da günahı var.

Rusiyanın indiki şəraitdə Ermənistana hərbi güc tətbiq etməyə imkanı yetməz. Çünki Rusiya hələ ki Ukraynada müharibədədir. Əgər Ukraynada uğur qazanarsa, Ermənistanla bağlı ölçü götürə bilər.
Avropa İttifaqının Ermənistanın qarşısına qoyduğu sərt tələblər var. Ermənistan KTMT-dən, Belarus-Rusiya Gömrük sazişindən çıxmalıdır və sair. Ermənistan hakimiyyəti seçim etməlidir: ya Qərb, ya da Rusiya. Ermənistan iki stulda oturmuş siyasətini davam etdirə bilmir. Münasibətlərin getdikcə gərginləşməsi fonunda Rusiya yumşaq gücdən istifadə edə bilər. Lakin istədiyinə nail olmazsa, hərbi güc qaçılmaz olacaq. Bunu da Ermənistan daxilindəki hərbi baza və ya daxili imkanları ilə edə bilər”.

Nəsimi Ələsgərli

www.yenicag.az

633
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv