!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rusiyanın hansı yöndə addım atacağı bəlli deyil, ona görə Azərbaycan...” - ŞƏRH

!Reklam – Yazi

“Bəyannamədən sonra Azərbaycanla Rusiya arasında iqtisadi-siyasi münasibətlər daha artdı”.

Bunu 2022-ci il fevralın 22-də Rusiya ilə Azərbaycan arasında imzalanan müttəfiqlik bəyannaməsinin bir illiyi ilə bağlı danışan politoloq Elşad Həsənov Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, bir il öncə Rusiya ilə bağlanan müttəfiqlik bəyannaməsi Azərbaycanı müharibə təhlükəsindən qurtardı:

“Rusiyanın hansı yöndə addım atacağı bəlli deyil. Azərbaycan rəhbərliyinin belə müqavilə imzalaması ən doğru addımdır. Müqavilədən iki gün sonra Rusiya Ukraynaya təcavüz etdi. Bəyannamədən sonra Azərbaycanla Rusiya arasında iqtisadi-siyasi münasibətlər daha artdı. Artıq biz Rusiya ilə ayrı-ayrı layihələri daha da genişləndirdik.

Son bir ildə Rusiya ilə Ermənistan əlaqələrində çatlar baş verib. Xüsusilə keçən ilin yayından sonra Ermənistanda antiRusiya təbliğatı, Putinə qarşı olan aksiyalar daha geniş vüsət aldı. Paşinyan Ermənistanı Rusiyanın cəngindən qurtarmağa və Avropanın qucağına qaçmağa çalışır. Bunun üçün müxtəlif addımlar atır. Avropanın sülhməramlı missiyasının iki yüz nəfərlik heyətinin Ermənistana gətirilməsi bu addımlardan biridir. Ermənistanın Avropa İttifaqını bölgəyə gətirməsi Rusiyanın 102-ci bazasının Ermənistandan çıxarılmasına hesablanıb. Rusiya rəsmiləri Ermənistanın bu addımını sərt şəkildə qınayaraq ölkənin varlığı haqda təhdidlər səsləndirir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

424
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv