!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın hədəfi bu tarixdə Kiyevi tutmaqdır – Politoloq Ukrayna müharibəsinin gedişini AÇIQLAYIR

!Reklam – Yazi

“Rusiyanın hədəfi may ayında Kiyevi tutmaqdır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Rusiya Ukrayna müharibəsinin hazırkı durumu NATO baş katibinin F-16 verilsə belə müharibənin gedişinə təsir etməyəcək fikiri və gözləntiləri şərh edən politoloq Yusif Bağırzadə deyib.

Yusif Bağırzadə bildirib ki, Ukrayna tərəfi ciddi şəkildə müharibə olunmalıdır:

“NATO baş katibi belə bir ifadə işlətdi ki, F-16-ın verilməsi Ukraynanın dərdinə dərman deyil. Ukrayna müdafiə olunur, ABŞ yardımı ləngitdi, Avropa İttifaqı istəyir ki, ABŞ-ın yardımın gecikməsini kompensasiya etsin. Vəziyət çox gərgindir. Ukrayna bu vəziyyətdə Krımı azad etmək niyyətindədir. Eyni vaxtda Ukrayna hökumətinin özündə islahatlar gedir. Təqribən 20 minə yaxın insan işdən azad olunmalıdır. Səfərbərlik yaşı 27-dən 25-ə endirildi”, – deyə o əlavə edib.

Politoloq vuröulayıb ki, Rusiyanın hədəfi may ayında Kiyevi tutmaqdır:

“Hətta Rusiya xarici işlər naziri Sergey Lavorun çıxışında belə bir ifadə var idi ki, Ukraynada seçkiyə, islahatlarla ehtiyac olmayacaq. Görünən odur ki, Rusiya Kiyev istiqamətindəki əraziləri tutsun. Avropa siyasətçilərinin bəziləri təklif edir ki, Ukrayna NATO-ya daxil olsun, ancaq tutulan ərazilərsiz. Ukraynanın ərazisinin bir hissəsini itirərək NATO-ya daxil olması düşüncəsi günü gündən güclənir. Digər tərəfdən isə Zelenski çalışır ki, nəsə etsin.

Türkiyə çalışır ki, Rusiya ilə Ukraynanı bir masada oturtsun. Ancaq Rusiya hazırda Türkiyədən incik düşüb. Çünki Ukraynanın hərbi sənayesinin yaradılması ilə əlaqədar Türkiyə konkret addımlar görür və bu da Rusiyanın xoşuna gəlmir. Hesab edirəm ki, Putinin Türkiyə səfəri bununla əlaqədar təxirə salınıb”.

Səxavət Məmməd

www.yenicag.az

150
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv