!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın ikinci cəbhə açma EHTİMALI: "Zərbə imkanlarını çoxaltmaq istəyirlər ki..." - ŞƏRH

!Reklam – Yazi

“Rusiya ikinci cəbhəni özü açmaz. Rusiya yalnız cavab addımı kimi buna gedə bilər. Düşünürəm ki, ikinci cəbhə Rusiyanın planında olan addım deyil”.

Bunu Moldova hökumətinin Təhlükəsizlik Şurasının iclasını keçirməsi, Dnestryanı bölgəyə Rusiyanın hücum və ikinci cəbhənin açılma ehtimalını şərh edən ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Yenicag.az-a açıqlamasında deyib.

Şair Ramaldanov bildirib ki, Ukraynada müharibə davam edərkən ikinci cəbhənin açılması Rusiyaya sərf etmir:

“İkinci cəbhə açmalı olsa, Rusiya qüvvələri genişlənməli və parçalanmalıdır. Dnestryanı Moldovanın rusiyapərəst əhalisi var. Düşünmürəm ki, Rusiyanın o istiqamətdə ikinci cəbhə açmaq meyli olsun. Prinsipcə Rusiyanın Dnestryanıda hərbi kontingenti, böyük sursat anbarları var. Birinci Dünya Müharibəsindən qalan bəzi sursatlar oradadır. O anbarları qorumaq üçün Rusiyanın hərbi qüvvəsi var.

Proseslər Rusiyanın ora müdaxiləsi yönündə getmir. Proseslər məhz ukraynapərəst qüvvələrin müəyyən bir aktivliyi ilə başlaya və cavab olaraq Rusiya müəyyən bir qüvvəni ora yönəldə bilər.

Hal-hazırda Ukraynadakı proseslərə baxdıqda Rusiya qüvvələri bütün tədbirləri cəbhənin enini azaldaraq qüvvələri birləşdirə bilmək yönündə görür. Bununla da zərbə imkanlarını çoxaltmaq istəyirlər ki, hədəflərinə çatsınlar”.

Səxavət Məmməd

www.yenicag.az

555
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv