!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Rusiyanın ikinci şəxsləri səviyyəsində İrəvanın ünvanına hədələr səslənsə də..." - ŞƏRH

!Reklam – Yazi

“Rusiyanın ikinci şəxsləri səviyyəsində İrəvanın ünvanına hədələr səslənsə də, bunun ardınca Moskva tərəfindən heç bir əməli tədbir görülmədiyini müşahidə edirik”.

Bunu Ermənistan Baş naziri Nikol Paşinyanın KTMT-dən çıxmaq istəməsi ilə bağlı atdığı addımları şərh edən politoloq Vüqar Əhmədov Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, Paşinyanın açıqlamaları Ermənistan üçün ciddi nəticələrə yol açmayacaq:

“Biz hər zaman şahidi olmuşuq ki, həm Qərbin, həm də Rusiyanın Ermənistanda geniş dayaqları olub. İndi Ermənistanda vəziyyət dəyişib, daha çox qərbyönümlü hakimiyyət var. Qərbyönümlü hakimiyyət Rusiyanın indiki çətin vəziyyətindən istifadə edib onu Ermənistandan çıxarmaq istəyir.
Bəlkə də, Ukraynada ciddi itkilər verən Rusiya üçün Ermənistandan çıxmaq lazımdır. Ola bilsin ki, bu, Paşinyanın Rusiya ilə gizli planlaşdırılmış siyasətidir. Çünki biz hər nə qədər Rusiyanın ikinci şəxsləri səviyyəsində İrəvanın ünvanına hədələr səslənsə də, bunun ardınca Moskva tərəfindən heç bir əməli tədbir görülmədiyini müşahidə edirik. Həm də Paşinyan hərbi qarşıdurmanı Ermənistan ərazisindən Qarabağa keçirmək istəyir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

327
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv