!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın imperialist siyasəti: "Bu davranışın qarşısında Türkiyə-Azərbaycan birliyi var" - ŞƏRH

!Reklam – Yazi

“Qarabağ problemini yaradan, müstəqil dövlətlərin inkişafını əngəlləyən güc – Rusiya çökməkdədir”.

Bu sözləri Qarabağ fonunda Rusiyanın tutduğu mövqe və Türkiyənin Azərbaycana dəstək çıxmasını şərh edən Haqq Ədalət Partiyası (HƏP) Məclisinin sədri Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında səsləndirib.

Zəlimxan Məmmədli bildirib ki, Rusiya erməniləri Azərbaycanla toqquşdurmaq üçün himayə edir:

“Sülhməramlılar Qarabağa girəndə dedik ki, suveren hüuqumuzun təmin olunanda Qarabağ problemini həll olunmuş hesab edə bilərik. Fərruxda Qarabağ problemi bir qism həll olundu. Suveren hüququ məhdudlaşdıran hər hansısa qanun Konstitusiyadan üstün ola bilməz. Konstitusiyamızda ərazi bütövlüyümüz, sərhədlərimiz, suveren hüququmuz var, beynəlxalq qurumlar tərəfindən ərazi bütövlüyümüz tanınır. Suveren hüuqumuzu bərpa etmək öz hüququmuzdur, bu, sülhməramlıların işi deyil. Paşinyana da, Rusiyaya da, bütün dünyaya da bəyan edirik ki, suveren, demokartik Azərbaycan həm də erməni vətəndaşlarının bütün haqlarını təmin edəcək. Rusiya erməninin haqqını təmin edəcək gücdə, əxlaqda, mənəviyyatda deyil.

Türkiyənin mövqeyi başa düşüləndir. Türkiyə çox ağıllı, bəşər tarixində Üçüncü Dünya Müharibəsinin rəsmi elan olunmasını əngəlləyən bir mexanizmi həyata keçirir. Türkiyə barış xəttinin, sülhün, ayaqlar altında olan diplomatiyanın masaya gətirilməsi üzərində çalışır. Bundan əlavə, Türkiyə Şuşa Bəyannaməsindən doğan həm hüquqi, həm də mənəvi öhdəliyini yerinə yetirərək Azərbaycana dəstək verir. Türklərə qarşı olan hər hansısa bir davranışın qarşısında Türkiyə-Azərbaycan birliyi var. Həm də rəsmi olaraq Özbəkistanın da olduğunu deyə bilirik.

Uduzan Rusiya “5-ci kolon” vasitəsi ilə Azərbaycanı qarışdırmağa çalışa bilər. Ancaq Azərbaycan cəmiyyəti bizi təqib edən, ehtimal olunan təhlükələrdən sığortalamaq modeli üstündə siyasi modeli təmərküzləşdirməlidir. Bu, birmənalıdır. Bu həm iqtidara, həm müxalifətə, həm də millətimizdə də aiddir”.

Səxavət Məmməd

www.yenicag.az

951
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv