!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rusiyanın imperiya siyasətində və hərbi təfəkküründə dinc əhali anlayışı yoxdur” – ŞƏRH

!Reklam – Yazi

“Rusiyanın Qafqazlarda, Türk dünyasında, Avropada, başqa bölgələrdə hansı cinayətlər törətdiyini hamı bilir”.

Bu fikirləri Rusiyanın hərbi təcavüzünü davam etdirdiyi Ukraynada yaşayış məntəqələrini və dinc əhalini aramsız bombardmana məruz qoymasına münasibət bildirən Turan Partiyasının başqanı Cahandar Bayoğlu Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiyanın imperiya siyasətində və hərbi təfəkküründə dinc əhaliyə hücum etməmək kimi məhdudiyyət yoxdur:

“Təbii ki, savaşların gedişində uşaq, qadın, qoca demədən mülki əhalinin hədəfə alınması yolverilməzdir. Bu baxımdan, Rusiyanın savaş açdığı Ukraynada şəhərləri və əhalini davamlı surətdə bombalaması həm də Kremlin qisas aktı hesab oluna bilər.

Eyni zamanda, gerçəkləri nəzərə alaraq deməliyik ki, Ukraynanın hava hücumundan müdafiə sistemləri Rusiya aviasiyasını və raket hücumlarını neytrallaşdıracaq qədər güclənməyənədək əhali arasında itkilər veriləcək.

Ancaq əksəriyyət inanır ki, Ukrayna ona verilən dəstək sayəsində bu savaşda dönüş yaradaraq, Rusiyanın timsalında “Şər imperiyası”nı diz çökdürə biləcək. Ona görə də, əminliklə demək olar ki, bu savaşın sonu gələcək.

Digər tərəfdən, Ukraynada şəhərlərin bombalanmasına fərqli yöndən baxsaq, Rusiyanın imperiya siyasətində və hərbi təfəkküründə dinc əhali anlayışının olmadığını görərik. Tarix boyu belə olub. Yəni rus əsgəri üçün qarşısındakının hərbçi, yoxsa məsum uşaq olması əhəmiyyət daşımır.

Rusiyanın Qafqazlarda, Türk dünyasında, Avropada, başqa bölgələrdə hansı cinayətlər törətdiyini hamı bilir. Təsəvvür edin ki, Rusiyanın sələfi olan ölkə İkinci Dünya Savaşı zamanı öz əhalisini nə qədər qırğına verib… Bunun xisləti belədir. O cinayətləri törədən Rusiya indiyə kimi cəzasız qalsa da, artıq vəziyyət dəyişib və cavab vermək vaxtı yetişib”.

A.Zeynalov

www.yenicag.az

771
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv