!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Rusiyanın indiki durumundan istifadə edib, Qarabağdakı..." - TƏHLÜKƏSİZLİK EKSPERTİ

!Reklam – Yazi

“Azərbaycanın qarşısında Ermənistan yox, Rusiya dayanıb. Rusiyanın indki vəziyyətindən istifadə etməliyik”.

Bu fikri Rusiyada baş verən proseslər, “Vaqner”in mərkəzi hakimiyyətə baş qaldırması və şimal qonşumuzda cərəyan edən hadisələrin Cənubi Qafqaza təsirini dəyərləndirən təhlükəsizlik məsələləri üzrə ekspert, keçmiş DTX zabiti, ehtiyatda olan polkovnik İlham İsmayıl Yenicag.az-a açıqlamasında səsləndirib.

İlham İsmayıl bildirib ki, Rusiyada baş verənlər vətəndaş müharibəsi deyil:

“Ukrayna müharibəsinin çətinliyi Putin üçün ondan ibarət oldu ki, adını xüsusi əməliyyat qoyub, səfərbərlik edə bilmədi. Cəmiyyətdə hər hansısa bir şəkildə narazılığın yaranmaması üçün bunu yalnız orduya həvalə etdi. Ordu öhdəsindən gələ bilmədi. Ondan sonra muzdlu döyüşçülərə – “Vaqner”ə müraciət etdi.

“Vaqner” Suriyada, Afrika ölkələrində fəaliyyət göstərirdi. Ukrayna müharibəsi muzdlu döyüşçülər üçün 1-2 aylıq məsələ deyildi. Bu uzun müddətli və klassik müharibə idi. Onların təminatını lazımı səviyyədə çatdırmadılar. Rusiya Müdafiə Nazirliyinin özünün də marağı olmayıb ki, onları silahla təmin etsin. Çünki onların çox şıltaq tələbatları olur.

Priqojin bilirdi ki, onlara gördüyü işlərə görə borcludurlar. O, birbaşa Putini hədəf almasa da, Şoyqunu, Gerasimovu hədəfə aldı. Görünür, Şoyqu əks tədbirlər gördü. Deyirlər ki, Şoyqu “Vaqner”ə arxadan zərbələr endirib. Zərbə endirməzdən əvvəl də Şoyqu onun hədəfində idi.

Putin əks təsirlər göstərə bilmirdi. Sonuncu dəfə hərbi müxbirlərlə söhbət edən zaman Putin xüsusi olaraq vurğuladı ki, muzdlular canlarından keçməyi bacaırırlar, ona görə onlar qiymətlidir və biz belələrini tapmalıyıq. “Vaqner” dövlət nəzarətindən çıxmış, üsyankar silahlı dəstəyə çevrilib. Rusiyada baş verənlər vətəndaş müharibəsi deyil. Vətəndaşlar ayağa qalxmayıb. Cinayət işi qaldıracaqlar. Priqojini məhv etməklə məsələ bitmiş olacaq. Bu Rusiya üçün çətin deyil”.

Baş verənlərin Cənubi Qafqaza təsirinə gəldikdə isə ekspert bunları deyib:

“Rusiyada baş verənlərin Azərbaycana müsbət təsiri var. Rusiya zəiflədikcə, Azərbaycan təcili olaraq yarımçıq məsələlərini həll etməlidir. Əgər bunu etməsə, Rusiyada başqa qüvvələr də meydana çıxa bilər. Azərbaycan tezliklə Rusiyanın qarşısına qeyri-qanuni erməni silahlılarının çıxarılmasını şərt kimi qoymalıdır. Maksimum 20 gün vaxt qoyub, 10 gün də dəhlizi açıq saxlamaq lazımdır ki, çıxsınlar. Əks halda, dəhliz heç vaxt açılmayacaq”.

Səxavət Məmməd

www.yenicag.az

462
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv