!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın işğalçılıq SİYASƏTİ: "Partizan müharibəsi olacaq" - ŞƏRH

!Reklam – Yazi

“Rusiya rəhbərliyi müharibə cinayəti törədir”.

Bu sözləri Rusiya-Ukrayna müaharibəsinin Azərbaycana edəcəyi təsiri şərh edən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.

Elşad Musayev bildirib ki, müharibə olan bölgədə hər zaman problemlər olur.

“Müharibə olan bölgədə heç vaxt hüzur olmur. Çünki Azərbaycanın həm Rusiya, həm də Ukrayna ilə iqtisadi əlaqələri var. Bu iqtisadi əlaqələrə bütün hallarda ziyan dəyir. Bunu nəzərə almaq lazımdır.

Bölgədə ciddi narahatçılıq var. Rusiya uğur qazansa, keçmiş MDB məkanında olan ölkələr təhdid altına düşür. Bu da bizə sərf etmir. Bizə sərf edən budur ki, atəşkəs olsun, müharibə dayansın.

Təəssüflər olsun ki, Rusiya işğalçılıq siyasətini davam etdirir. Ən ağır silahlarla Ukrayna şəhərlərini vurur. Şəhərlər dağılır, insanlar həlak olur. Rusiya istədiyinə nail ola bilməyib. Belə olanda da aqressivləşir. Bütün hallarda Rusiya Ukraynanın şərq tərəfini tutsa belə, müharibə dayanmayacaq, partizan müharibəsi olacaq. Çünki xalqın etirazı, nifrəti var”.

Səxavət Məmməd

www.yenicag.az

844
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv