!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın İT mütəxəssisləri ölkədən qaçır

!Reklam – Yazi

Rusiya İT mütəxəssislərinin Avropa ölkələrində yaşamaq icazəsi üçün müraciətlərinin sayı kəskin şəkildə artıb. Bu ilin birinci rübündə onların sayı ötən illə müqayisədə 233% artıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Kommersant” “Garant İn” konsaltinq şirkətinə istinadla məlumat yayıb.

Bildirilib ki, 2023-cü ildə müraciətlərin sayı əvvəlki ilə nisbətən 44% artıb. 2024-cü ilin əvvəlindən bütün müraciətlərin təxminən 80%-i Fransada, 10%-i isə İtaliyada yaşayış icazəsi almaq üçün olub.

“İndi biz yaşayış icazəsi ilə bağlı bütün müraciətlərin təxminən yarısını İT mütəxəssislərindən alırıq”, – “Garant İn”in baş icraçı direktoru Adrey Boyko bildirib.

Onun sözlərinə görə, Fransanın daha populyar olmasına səbəb bu ölkədə yaşayış icazəsi üçün investisiya tələbinin olmamasıdır.

www.yenicag.az

125
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv