!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın keçmiş baş naziri xarici agent elan olundu

!Reklam – Yazi

Rusiya Ədliyyə Nazirliyi ölkənin keçmiş baş naziri Mixail Kasyanovu xarici agentlərin reyestrinə daxil edib.

Yenicag.az xəbər verir ki, nazirliyin bununla bağlı yaydığı açıqlamada bildirilir ki, “Kasyanov xarici agentlərin qeyri-məhdud sayda insana mesaj və materiallarının yaradılmasında və yayılmasında iştirak edib, Rusiya Federasiyasının dövlət orqanlarının qəbul etdiyi qərarlar və onların yeritdiyi siyasət haqqında yalan məlumatlar yayıb”.

Məlumatda həmçinin Kasyanovun Ukraynadakı müharibəyə qarşı çıxış etdiyi, xarici strukturlarının təqdim etdiyi informasiya platformalarında rəyini açıqladığı qeyd olunur.

Qeyd edək ki, M.Kasyanov 1999-2000-ci illərdə Rusiyanın maliyyə naziri, 2000-2004-cü illərdə baş naziri olub. 2010-cu ildən Rusiya Xalq Azadlığı Partiyasının rəhbəridir./Musavat/

www.yenicag.az

214
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv