!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın Kiprdə konsulluq açması NƏDƏN XƏBƏR VERİR? - "Adanın müstəqilliyinin tanınması Türkiyə üçün..." - ŞƏRH

!Reklam – Yazi

“Rusiyanın Şimali Kiprdə konsulluq xidməti göstərəcəyinə gəlincə, bu, Ankaranın Kiprlə bağlı müstəqillik idealları üçün göstərdiyi səylərin bəhrəsi kimi qavranıla bilər”.

Bu sözləri Rusiyanın Şimali Kipr Türk Cümhuriyyətində konsulluq açmasıyla bağlı iddialarına münasibət bildirən siyasi ekspert Aqşin Kərimov Yenicag.az-a açıqlamasında qeyd edib.

 

O bildirib ki, Rusiyanın mövqeyinə görə, konsulluq xidməti Rusiyanın dövlət olaraq Şimali Kiprdə yaşayan vətəndaşları qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi ilə bağlıdır:

“Türkiyədə keçirilən prezident seçkilərindən qalib çıxan Rəcəb Tayyib Ərdoğan və onun formalaşdırdığı yeni xarici siyasət kabineti Şimali Kiprin tanınması üçün aktivlik göstərir.
Bu səylərə Azərbaycan da bəzən açıq, bəzən isə üstüörtülü dəstəklər verir, Bakının hər şeyi qabartmaması regional təhdidlərlə əlaqəlidir.
Ankara üçün Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin tanınması ona görə vacibdir ki, Ankara bununla beynəlxalq siyasətdə yeni yola çıxa və Şimali Kipr üzərindən özünə olan təhdidləri önləyə bilər.
Rusiyanın Şimali Kiprdə konsulluq xidməti göstərəcəyinə gəlincə, bu, Ankaranın Kiprlə bağlı müstəqillik idealları üçün göstərdiyi səylərin bəhrəsi kimi qavranıla bilər.
Rusiya Şimali Kiprdəki konsulluq xidmətini Kiprdəki səfirliyi (Yunan Kipri) vasitəsilə koordinasiya edəcək, ancaq bu məsələ Yunanıstanda narahatlıqlar yaradır.
Halbuki Rusiyanın mövqeyi belədir ki, konsulluq xidməti Rusiyanın dövlət olaraq Şimali Kiprdə yaşayan vətəndaşları qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi ilə bağlıdır.
Ancaq Rusiyanın mövqeyini Yunanıstanın aqressiyasını azaldan diplomatik mətn kimi qeyd edə bilərik.
Məncə, səhnə arxasında Rusiya-Türkiyə əməkdaşlığına dayanan dərin mətləblər var.
Görünür ki, Rusiya ilə Türkiyə arasında Şimali Kiprin müstəqilliyinin tanınması istiqamətində müzakirələr aparılır.
Bu müzakirələrin nəticələri Moskva-Ankara xəttindəki digər regional məsələlər ətrafındakı razılığa gələ bilmək potensialından asılıdır”.

Yusif Səmədzadə

www.yenicag.az

369
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv