!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rusiyanın Krım tatarlarına qarşı siyasəti bir millətin tamamilə məhv edilməsinə yönəlib” – ŞƏRH

!Reklam – Yazi

“Moskvanın gələcək üçün planlarından biri də bundan ibarətdir ki, Qara dənizin ən azı şimal sahillərində türklər yaşamamalıdır”.

Bu fikirləri Rusiyanın Rostov məhkəməsinin 5 nəfər Krım-tatar fəalını qondarma ittihamlarla uzun müddətə azadlıqdan məhrumetmə cəzasına münasibət bildirən siyasi şərhçi Azər Həsrət Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiya bununla Krım taralarının gözünü qorxutmaq, cəmiyyəti xof altında saxlamağa çalışır:

“Ümumiyyətlə, Rusiya 2014-cü ildə Krımı ilhaq etdikdən sonra orada yaşayan tatarlara qarşı repressiyalar baş alıb getməkdədir. Tatar milli fəalları daim təqib edilir, eyni zamanda, siyasətdən uzaq olan, öz dini vacibatlarını yerinə yetirən şəxslər belə Rusiyanın xüsusi xidmət orqanları tərəfindən davamlı təqiblərə məruz qalırlar.

Rusiya xüsusi təyinatlıları az qala hər gün, özü də siyasi fəaliyyəti olmayan Krım tatarlarının evlərinə nümayişkar şəkildə basqın təşkil edirlər. Bununla insanların gözünü qorxutmaq, cəmiyyəti xof altında saxlamağa çalışırlar. Əslində, Rusiyanın işğalı altında olan Krımda tatarlara qarşı həyata keçirdiyi repressiyalar bir millətin tamamilə məhv edilməsinə yönəlib.

Yəni Rusiya dövləti bütün imkanları ilə Krımın türksüzləşdirilməsinə cəhd göstərir. Moskvanın gələcək üçün planlarından biri də bundan ibarətdir ki, Qara dənizin ən azı şimal sahillərində türklər yaşamamalıdır. Krımın işğalı sadəcə, Ukraynanın bir parçasının ilhaqı deyil. Bu həm də o deməkdir ki, Rusiyanın uzaqmənzilli planlarında Qara dənizin şimal sahillərinin türksüzləşdirilməsi nəzərdə tutulur.

Ona görə də Krım tatarlarına qarşı arası kəsilməyən basqılara şahid oluruq. Məqsəd onların tamamilə Krımdan çıxıb Ukraynanın digər ərazilərinə, Türkiyəyə və başqa ölkələrə getmələrinə, bu da baş verməsə, öz milli kimliklərindən qopmalarına nail olmaqdır”.

A.Zeynalov

www.yenicag.az

393
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv