!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın Londondakı hərbi attaşesi ölkədən çıxarıldı

!Reklam – Yazi

Rusiyanın Londondakı hərbi attaşesi Böyük Britaniyadan çıxarılıb.

Yenicag.az xəbər verir ki, Britaniya müdafiə naziri Qrant Şaps bu haqda özünün “X” sosial şəbəkəsində məlumat verib.

Britaniya daxili işlər naziri Ceyms Klverli isə parlamentdə çıxışı zamanı bildirib ki, Rusiya diplomatik vizalarının müddəti məhdudlaşdırılacaq. “Biz Böyük Britaniyadakı Rusiyaya məxsus bir sıra mülklərdən, o cümlədən Şərqi Susseksdə “Seacoks Heath” evindən və kəşfiyyat məqsədləri üçün istifadə edildiyinə inandığımız Rusiya səfirliyinin Highgeytdəki ticarət və müdafiə bölməsindən diplomatik binaların statusunu ləğv edəcəyik”,- deyə nazir bildirib.

Rusiyanın Londondakı səfirliyi isə hərbi attaşenin ölkədən çıxarılmasına müvafiq cavabın veriləcəyini deyib./Azertag/

www.yenicag.az

156
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv