!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın “Luna-25” FİASKOSU: “Bir ölkədə mühəndis əvəzinə onun müqəvvası yetişdiriləndə...”

!Reklam – Yazi

“Aerokosmik sahə üzrə mütəxəssislərin hazırlanması isə daha çox pul və vaxt istəyən işdir”.

Bu fikirləri Rusiyanın avqustun 11-də Aya göndərdiyi “Luna-25” kosmik missiyasının uğursuzluqla nəticələnməsinin səbəblərini dəyərləndirən professor Şahlar Əsgərov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu, vaxtilə geniş elmi potensiala malik olan Rusiyada elmə verilən dəyərin azalmasının nəticəsidir:

“Ümumiyyətlə, kosmik tədqiqatlar və bu çərçivədə həyata keçirilən digər işlər yüksək elmi səviyyə tələb edir. “Luna-25”lə bağlı uğursuzluğun səbəbini izah etmək üçün rusiyalı alimin fikirlərini xatırlatmaq istərdim. Məşhur alim, Yeltsinin vaxtında Rusiyanın Fransadakı səfiri olmuş akademik Yuri Rıjov 2000-ci illərin əvvəllərində ölkəsində aviasiya elminin arzuedilməz durumuna baxıb çox pərişan olmuşdu.

O, bu vəziyyətin səbəbini belə izah etmişdi ki, “biz Rusiyada mühəndis yox, onun müqəvvasını yetişdiririk”. Həqiqətən də mühəndis hazırlığı çox böyük vəsait və müəyyən zaman tələb edən məsələdir. Aerokosmik sahə üzrə mütəxəssislərin hazırlanması isə daha çox pul və vaxt istəyən işdir. Rıjov diplomatik fəaliyyətini başa vurduqdan sonra ondan soruşmuşdular ki, Rusiya elmi hara gedir? O isə cavabında “çemodanlarınızı yığın, bu ölkədən gedin, Rusiyaya elm lazım deyil”, – demişdi.

Yəqin məlumatınız var, keçmiş SSRİ-nin atom tədqiqatlarına nəzarət Lavrenti Beriyaya tapşırılmışdı və o hər həftə işlərin gedişi barədə Stalinə məruzə edirdi. Beriya hər məruzəsindən sonra əlavə edirmiş ki, yoldaş Stalin, Xariton hər həftəsonu qadınlarla kef məclisi qurur. Beriyanın növbəti belə raportundan sonra Stalin ona deyir ki, Lavrenti, səni işdən çıxarsam, yerinə azı dörd namizədim var. Ancaq Xaritonu çıxarsam, onu əvəz edəcək heç kim yoxdur. Qoy nə istəyir, eləsin. Yəni elm budur, alim əvəzedilməzdir. Bu yanaşma dəyişəndə, elm də məhv olur”.

A.Zeynalov

www.yenicag.az

219
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv