!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın MƏĞLUBİYYƏT XOFU: “Kaxovkada nəhəng su bəndinin dağıdılması və...” – ŞƏRH

!Reklam – Yazi

“O da istisna edilmir ki, Rusiya öz vəziyyətini düzəltmək üçün Ukraynadakı atom-elektrik stansiyalarından birinə də zərbə endirə bilər”.

Bu fikirləri Rusiyanın Ukraynadakı strateji infrastruktur obyektlərini hədəfə almasının müharibənin gedişinə mümkün təsirlərini şərh edən politoloq Aydın Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiya öz məğlubiyyətinin labüdlüyünü panik şəkildə anladığı üçün əvvəllər əl atmadığı vasitələrdən istifadə etmək məcburiyyətində qalıb:

“Mövcud şəraitdə bir sıra amillər Rusiya-Ukrayna müharibəsinin yekun və həlledici fazaya daxil olduğunu göstərir. Savaşın geridə qalan təqribən on altı aylıq dönəmində fərqli taktikalardan istifadə olundu. Bir sıra parametrlər əsasında aparılan qiymətləndirmə müharibənin növbəti mərhələsinin artıq sonuncu olacağını iddia etməyə imkan verir.

Vurğuladığım amillər sırasında ilk öncə onu qeyd edə bilərik ki, Qərb dövlətlərinin Ukraynaya yardımı getdikcə daha genişmiqyaslı və intensiv şəkil almağa başlayıb. Antirusiya koalisiyası qəti olaraq bu fikirdədir ki, Ukraynanın məğlubiyyəti nəinki Avropa, ümumiyyətlə, dünya üçün böyük fəlakətə çevriləcək.

Digər mühüm faktor Ukrayna ordusunun əks-hücum kampaniyasına ciddi hazırlıq görməsi və bu istiqamətdə konkret addımlar atması, hətta Baxmut kimi çox gərgin cəbhədə müəyyən uğurlar qazanmasıdır. Qərb koalisiyasının əks-hücum kampaniyasına tam dəstək verməsi isə əlbəttə ki, çox əhəmiyyətli məqamdır.

Sıradakı üçüncü amil Rusiya ordusunun daxilindəki ümidsizlik, yorğunluq, eləcə də tədricən artan qarşıdurma, ən əsası isə arxa cəbhə ilə əlaqənin zəifləməsidir. Həmçinin Rusiyanın ciddi surətdə “stavka” etdiyi “Vaqner” qruplaşması ətrafında gedən dağıdıcı proseslər də rusların vəziyyətini çox çətinləşdirib. Bu yaşananları isə nə Rusiya cəmiyyətindən, nə də dünyadan gizlətmək mümkün deyil.

Kaxovkada nəhəng su bəndinin dağıdılması isə Rusiyanın öz məğlubiyyətinin labüdlüyünü panik şəkildə anladığını və bu səbəbdən əvvəllər əl atmadığı vasitələrdən istifadə etmək məcburiyyətində qaldığını təsdiqləyir. Hətta o da istisna edilmir ki, Rusiya öz vəziyyətini düzəltmək üçün Ukraynadakı atom-elektrik stansiyalarından birinə də zərbə endirə bilər. Ancaq bu addımların Rusiyanı xilas edəcəyi də çox qeyri-müəyyən məsələdir”.

A.Zeynalov

www.yenicag.az

404
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv