!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın məğlubiyyəti: "Ukraynanın əks-hücumu qaçınılmazdır" - Hərbi ekspert

!Reklam – Yazi

“Rusiya ordusu bir dənə də olsun vilayət mərkəzini zəbt edə bilməyib. Zəbt etdikləri ərazilərdən də tələyə düşərək, çoxlu sayda itki verərək qaçıblar”.

Bu sözləri Rusiya-Ukrayna müharibəsinin gedişatını şərh edən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmov bildirib ki, Rusiya ordusu qarşıya qoyulan heç bir tapşırığı yerinə yetirə bilmir və aciz qalıb:

“Görünür Rusiya heç bir halda uğur qazana bilməyəcək. Çünki qarşıya qoyulan tapşırıqların heç birini həyata keçirə bilməyiblər. Ukraynanın vəziyyəti çox çətin də olsa, döyüşləri nəzarətdə saxlayır. 4 gün ərzində dəfələrlə hücum etsələr də, Kiyevi işğal edə bilmədilər. Arxada qalan günlər ərzində Rusiya ordusu heç bir strateji əhəmiyyətli əraziləri işğal edə bilməyib. Üstəlik, Ukrayna ordusu Rusiyanın desant qüvvələrini məğlub edib. Bununla yanaşı, Ukrayna ordusu Çeçenistanın yerli milli qvardiyasını da məhv edib. Ukrayna özünü inadla müdafiə edir. Rusiya ordusunun irəliləyişi 7-11 km məsafani keçmir.

Ehtiyatda olan hərbçi kimi deyə bilərəm ki, bu müharibə uzun müddətli olacaq. Əgər Rusiya tərəfi qalib gəlsə belə, Ukrayna ordusu və xalqı yaddaşlarda qalib kimi qalacaq. Rusiya ordusu haqqında məğlubedilməz miflər puça çıxıb. Rusiya kəşfiyyat orqanları da lazımi məlumatlarla baş qərargahı təmin edə bilməyib. Bu baxımdan da Rusiya ordusunun zəifliyi üzə çıxıb.

Rusiyanın əsas hədəfi Kiyevdir. Ancaq Kiyevin müdafiəsinə bütün xalq qalxıb. Ordu ilə bərabər xalq da vuruşur. Ona görə də bu taktika ilə rusların Kiyevi işğal etməsi mümkün görünmür.

ABŞ, NATO üzvü dövlətlər durmadan Ukrayna ordusuna hərbi yardımlar edir. Hava hücumundan müdafiə sistemləri Ukraynada zəif idi. Almaniya Ukraynanın bu zəif yerini aradan qaldırmaq üçün yeni silahlar göndərib. Bu günlərdə çoxlu sayda rus əsgərləri məhv edilib. Ukrayna tərəfi rəsmi olaraq bildirir ki, 5400 nəfər rus əsgəri məhv edilib. Hesab edirəm ki, Ukrayna ordusu 10 gün ərazində mövqeləri qoruyub saxlasa, Avropa da yardım etsə, Ukraynanın əks-hücumu qaçınılmazdır. Çünki mərkəzləşmiş idarəetmə çox gözəl aparılır. Ukrayna ordusu 2014-cü ilin ordusu deyil. Bu ordu 2014-cü ildən bu yana NATO mütəxəssisləri tərəfindən təlimlər görüblər. Türkiyə istehsalı olan Bayraqdarlar Qarabağda olduğu kimi bu müharibədə fərqlənir. Çoxlu sayda Rusiya ordusunun kalonları, texnikaları vurulub.

İrlandiya Rusiyaya icarəyə verdiyi mülki təyyarələri geri qaytarmağı tələb edib. Rusiya bundan sonra öz daxilində köhnə laynerlərdən istifadə etməli olacaq. Bu cür sanksiyalar çox olacaq.

Bu gün görüşlər baş tutub. Hesab edirəm ki, bu nəticəsiz olacaq. Heç bir irəliləyiş olmayacaq. Zelenski tələb edir ki, Rusiya ordusu Ukraynanın bütün ərazilərindən çıxmalıdır. Donbas, Luqansk, hətta Krımı da dilə gətirib”.

Səxavət Məmməd

www.yenicag.az

1172
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv