!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın məkrli PLANI: "Qazax və Tovuz istiqamətində ciddi..." - Polkovnikdən ÇAĞIRIŞ

!Reklam – Yazi

“Rusiya sərhədçiləri Ermənistanın Voskepar kəndinə yerləşdirilib. O istiqamətdəki hərəkətlilik yeni münaqişə ocağı yarada bilər”.

Bunu Qazax rayonu istiqamətində Rusiya sərhədçilərinin yerləşdirilməsi və Rusiyanın bölgədəki fəaliyyətini şərh edən Hərbi Polis İdarəsinin keçmiş rəisi, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmov bildirib ki, Rusiya bölgədə yeni münaqişə ocağı yaratmaq istəyir:

“Ermənistanın Noyanbiriyan rayonundan Voskepar kəndinə yol ancaq Qazax rayonunun Bağanis Ayrım kəndindən keçir. Ermənilərin İcevandan Voskepar kəndinə gedən yolu isə Qazax rayonunun işğal edilmiş Xeyrimli və Aşağı Əskipara kəndindəndir. Ruslar hazırda beynəlxalq qanunları pozaraq Azərbaycanın işğal edilmiş kəndlərindən yol kimi istifadə edirlər. Rusiya sərhədçiləri orada blok-post yox, mühəndis-istehkam işləri aparırlar.

Erməni mətbuatı yazır ki, Tavuş rayonunda insanların köçü başlayıb. Əgər belə bir hal varsa, o istiqamətdə atəşkəsin pozulması qaçınılmazdır. Qarabağda, Ermənistan-Azərbaycan sərhədində yüngül atışmalar gedir. Düşünürəm ki, bu, diqqəti yayındırmaq üçündür. Ermənilər daha çox Qazax və Tovuz istiqamətlərində ciddi münaqişəyə hazırlaşır.

Rusiya Qarabağa silah daşıyır, erməniləri silahlandırır, Xankəndiyə su gətirir. Azərbaycan rəsmi olaraq buna etirazını bildirməlidir. Laçın koridorunda Azərbaycanın sərhədçiləri və Gömrük xidməti Rusiya sülhməramlıları ilə birgə xidmət aparmalıdır və bunun qarşısı alınmalıdır. Rusiya sülhməramlıları, əslində, Qarabağdakı terror dəstələrini silahlandırır. Azərbaycan ciddi sürətdə Rusiya dövlətinə etirazını bildirməlidir”.

Səxavət Məmməd

www.yenicag.az

3164
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv