!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın mifik “seçki oyunu”: Azad edilmiş ərazilərdə səsvermə necə baş tutacaq?

!Reklam – Yazi

Rusiyanın Mərkəzi Seçki Komissiyası (MSK) Ukraynanın ilhaq edilmiş ərazilərində “seçki” keçirəcək.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, Rusiyada sentyabrın 8-10-da keçiriləcək yerli seçkilərdə Ukraynanın işğal altındakı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində də seçki məntəqələri qurulur.

Nə qədər təəccüblü olsa da, Rusiya adları çəkilən Ukrayna vilayətlərindən heç biri üzərində yüz faizli nəzarəti təmin edə bilməyib.

Bu məqama diqqət yetirən ekspertlərin sözlərinə görə, Rusiya MSK-sının yayımladığı “seçki xəritəsi” nəinki Moskvanın yenidən çızdığı sərhədlərə, heç faktik cəbhə xəttinə də uyğun deyil.

Məsələn, Rusiya Zaporojye vilayətinin şimalında və eyniadlı şəhərdə seçki keçirməsə də, Ukrayna ordusunun işğaldan azad etdiyi Xerson vilayətinin sağsahil kəsimi seçki xəritəsinə salınıb.

Bu fakt Rusiyanın dövlət qurumları arasında koordinasiya problemini bir daha diqqət mərkəzinə gətirib.

www.yenicag.az

255
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv