!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın “Misir Qasımlı balonu” partladı - Tanınmış hüquqşünas sensasiyalı faktları açıqladı

!Reklam – Yazi

Ukrayna məhkəməsi Azərbaycan vətəndaşı, Vətən müharibəsi iştirakçısı Misir Qasımlıya və onun dostu Sübhan Quliyevə hökm oxuyub. Adam oğurluğu, xuliqanlıq və silah saxlamaqda təqsirləndirilən bu şəxslər səkkiz il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən sonra Misir Qasımlı və Sübhan Quliyev məhkəmənin çıxardığı hökmə etiraz edib. 

Vətən müharibəsi iştirakçısı Misir Qasımlının həbsi ilə bağlı yayılan məlumatlar barəsində hüquqşünas-kriminalist İlqar Altay fikirlərini bölüşüb və hadisənin təfərrüatını açıqlayıb.

“İlk gündən, qısa analizdən sonra çıxış etdim ki, bu Misir Qasımlı düz adam deyil. Bu şəxs reket mahiyyətli və üstəlik cinayət törədib hay-küyü aləmi götürən şantajçıdır. Etdiyi əmələ 8-16 il həbs nəzərdə tutulub, məhkəmə isə Azərbaycana görə ən aşağı həddini götürüb. Bu isə bu əməlinə görə üzr istəyib, bağışlanmasını xahiş etmək yerinə məhkəməni dağıdır. Hünlərə bax!

O yazımda qeyd etdim ki, bu şəxsi müdafiə adı ilə aparılan məhz Rusiya, İranın kampaniyasıdır, Ukrayna ilə Azərbaycan arasını soyutma yönlü..

Bunu, Azərbaycan ekstradisiya edib, gətirərsə belə, bu adam bir müddət həbsdə qalıb, islah olunmalıdır. Yoxsa, çox əməllər törədər ölkədə. Cəmiyyətimiz, xalqımız da gərək ehtiyatlı olsun hər planlı fitnə, hay-küyə inanmaqdan,

Necə, ilk əvvəl, Qasım Süleymaniyə yas saxlatdırılırdı.

Budur, rəsmi istintaq sübut-faktları, həqiqətlər, Ukrayna Səfirliyi Azərbaycan üçün təqdim edir.

Əziz dostlar, Misir Qasımlı və Sübhan Quliyevin işi ilə bağlı həqiqətləri sizə çatdırmağa veridym sözü tutaraq, məhkəmə hökmü, istintaqla bağlı sənədləri sübutları, və hadisənin qısa icmalını sizə çatdırmaq istəyirəm.
6 dekabr 2022- ci il tarixdə Ukrayna Kiyev vilayəti Obuxov rayon məhkəməsinin hökmü ilə Azərbaycan vətəndaşları Qasımlı Misir Elman oğlu və Quliyev Sübhan Babək oğlu 8 il müddətinə azadlıqdan mərhum edildi.
Məhkəmə hökmü Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı. Ukrayna əlehinə çağırışlar, şüarlar hətta Ukraynanın Azərbaycandakı səfirliyi etiraz aksiyası keçirildi, hətta bir az da qabağa gedərək yaşasın Rusiya deyən provakatorlar meydana çıxdı . (hal- hazırda Azərbaycan ərazisində Rusiya işğalçı ordusu yerləşir )

Azərbaycan ictimaiyyətinin narahatlığıni nəzərə alaraq ətrafı araşdırma apararaq sənədlər və sübutlar əsasında əsl həqiqəti insanlara çatdırmağı özümə borc bildim. Aldığım məlumatların mənbəsi – məhkəmə, sənədləri, istintaq, prokurorluq, ittiham aktı, məhkəmə hökmü Azərbaycan diasporası , Səfirlik , Ukraynada yaşayan Ukrayna ictimai siyasi həyatında fəal azərbaycanlılar , Misir və Sübhanın məhkəməsində iştirak edən azərbaycanlılara istinad edirəm. Bu işdə Ukrayna yüksək dairələri və məhkəmədə yaxından iştirak edən azərbaycanlılarla telefon əlaqəsi yaradıldı.

Əslində isə hadisə necə olub.

09 iyun 2021-ci ildə Misir və Sübhan Kiyev vilayətində yerləşən ” Cast Kafe”də dincələrkən İspaniya vətəndaşı (həmçinin Böyük Britaniya) Məhəmməd Əli Yusif Aça adlı Afrika doğumlu xarici vətəndaşla kontak yaradaraq söhbətləşir. Ukraynalı dostları kafeni tərk edir. Məhəmməd Əli Yusif Aça Misir və Sübhanla bir stola əyləşir və onların hesablarını da ödəyir.

Məhəmməd Əli Yusif məskunlaşdığı otelə getmək istəyəndə Misir Məhmədə birgə getməyi təklif edir (kafedəki videokameralardakı videogörüntülər də məhkəməyə sübut kimi təqdim edilib )

03 : 20 dəqiqədə ” Cast Kafe”dən çixaraq Misirin subicarəyə götürdüyü boz rəngli Hunday Sonata markalı dövlət qeydiyyat nömrəsi KA 9658 BK olan avtomobillə əyləsirlər .

Avtomobili idarə edən istintaqa məlum olmayan, guya Misir və Sübhanın tanımadığı şəxs, avtomobiln qabağ sərnişin oturacağında Misir əyləşir, arxada solda Məhəmməd Əli Yusuf Aça , arxada sağda isə Sübhan.
Zərərçəkmiş İspan vətəndaşı Məhəmməd Əli Yusif Aça avtomobilin deyilən istiqamətdə hərəkət etmədiyini anladıqda etiraz edir , bu zaman Misir tapança çıxararaq onu sakit qalmağa, Sübhan isə bıçağı onun boğazına söykəyərək sakit durmağı tələb edir. Avtomobili durdurub Sübhan da zərərçəkmişin sol tərəfinə keçərək onun avtomobildən çıxışını bloklayirlar .

Məhəmməd Əli Yusif Açanın üstündə olan 5 min dollara yaxın ABŞ dolları , Ukrayna qrivnası, qolbaq və 8264 ABŞ dolları dəyərində “Roleks” markalı saat , plastik kartlar və telefon götürülür. Telefona giriş əldə edən Mısır telefonda Kriptovalyuta hesabını və plastik bank kartlarına icazə proqramını görür. Misir və Sübhan bıçaqla zərərçəkmişin sol qıcına xəsarət yetirərək ona onların istədiyi bütün məlumatları verməyi tələb edir , başına paket keçirərək ona işgəncə veriblər . Misir zərərçəkmişdən götürdüyü telefona Face İD proqramı ilə ( sifət tanımaq) giriş əldə edir , kartlarla girişi yoxlayır Məhəmməd Əli Yusifi avtomobildən düşürərək meşəyə aparır. İngilscə bilən taksi sürücüsü isə Məhəmmədə Misirin istədiyi məlumatları verəcəyi təqdirdə onu sağ buraxacaqlarını söyləyir. Nəhayət İspan əsilli ərəb, Məhəmməd Əli Yusif Açanı müxtəlif bədən xəsarətləri ilə meşədə ataraq Misir və Sübhan yola düşürlər. Məhəmməd Əli Yusif Açanın meşədə saxlanılması 2 saata yaxın davam edib.Məhəmməd yola çıxır və yaxındakı “Moto” yanacaq doldurma məntəqəsinə çataraq taksi çağıraraq qaldığı otelə yetişir və dərhal polisə şikayət edir.

Polis dərhal isti izlərlə kafedən video kameralardan görüntülərdən və mobil telefon operatorlarından aldıqları məlumata əsasən Mısırın yerləşdiyi əraziyə gəlirlər.

Araşdırma zamanı məlum olur ki, Misir və Sübhan 09 iyun 2021-ci ildə 09:35 də Məhəmməd Əli Yusifə Açaya məxsus A5402055966230010 nömrəli plastik bank kartından Kiyev vilayəti Sobornaya 124 ünvanında yerləşən bankomatdan 413 avro çıxarıb. 09 : 45 də elə həmən küçədə Sobornaya 44 A ünvanında yerləşən Oşadnıy Banka məxsus ATM -dən vəsait götürmək istəyəndə artıq kartın sahibi tərəfindən bloklandığının şahidi olub.

Həmçinin onlar 3- cü adamın köməkliyi ilə 09 .06 .2021-ci il tarixdə saat 07: 07 dəqiqədə Məhəmməd Əli Yusif Açaya məxsus kriptovalyuta hesabından 12 000 ABŞ doları məbləğndə vəsaiti özlərinə məxsus karta köçürüblər.

İndi isə istintaq tərəfindən toplanmış Misir və Sübhanın çinayəti törətməsini sübut edən bəzi dəlilləri nəzərinizə çatdırıram.

1. Misir tərəfindən müqavilə əsasında subicarəyə götrülmüş boz rəngli Hynday sonata markalı , dövlət qeydiyyat nişanı KA 9685 BK olan avtomobilin hərəkət zamanı küçə nəzarət kameraları və avtomobildə icarəyə verən şirkət tərəfindən quraşdırılmış GPS izləmə avadanlığının hərəkət trayektoriyasıni göstərən video material..

2. 09.06.2021-ci il tarixdə Kiyev vilayəti Nevesnoy Sotni 26/17 -də nəzarət kameraları tərəfindən fiksasiya olunmuş görüntülər.

3. Meşədə hadisə yerində olan izlər.

4. 02.08.2021-ci ildə Misirə məxsus İ pone X354873090 156524 İM koda malik telefonun qalareyasında olan skrin şəkillər və axtarış tarixçəsində ( cinayətin törədilməsi tarixi və saatına uyğun ) linklər.

Telefonun yaddaşında tapılan skrin şəkilılərdə birja kursları, elektron valyutalar, Məhəmmədin bank kartı hesabından Misirin öz kartlaına etdiyi köçürmənin təsdiqi və 04.05.2021-ci il tarixdə çəkilmiş cinayət zamanı onlarda olan tapançaya oxşar şəkil aşkar edilib.

Telefonun internet axtarış tarixçəsində isə məhz cinayət törədilən saat 03: 50-dən – 05:19-a qədər rus-ingilis dili tərcümə proqramından istifadə edilib.. Zərərçəkmişə məxsus “Roleks” markalı saatın qiymətini də telefonun axtarş tarixçəsində var.

Misirə məxsus +380 66 879 63 XX , +380 66 851 39 XX

Sübhana məxsus +380 66 879 63 XX , zərəçəkmiş şəxs- Məhəmməd Əli Yusif Açaya məxsus +4794466 37 XX (telefon nömrələrinin son iki rəqəmini bağlı saxlayıram) nömrəli sim kartların istintaq tərəfindən telefon operatorlarından alınmış hərəkət trayektoriyasının eyni məkana ( Kiyev vilayəti Obuxov rayonu Taçenki kəndi) və zamana uyğunluğu

5. Misirin kirayələdiyi evdən götrülən Türkiyə istehsalı “Ekol” maarkalı ” Major” molelli EM2-19050851 N -li kustar usulla işlənərək yivsiz 9 mm kalibrə işləmiş tapançanın kriminal ekspertiza zamanı tapança üzərinəki əl izləri.

Ümumiyyətlə sübutlara aid videolar 4 ədəd DVD R diskdən 41 ədəd fotoşəkildən ibarətdir ..

Bu cinayət işi ilə , sənədlərlə, Misir tərəfdən məhkəmədə iştirak edən şəxslərlə, Azərbaycan diasporası və digər tanınmış azərbaycanlılardan aldığım məlumatlara əsaslanaraq deyə bilərəm ki, bu işdə heç bir erməni izi yoxdur. Yayılmış şayələrin əksinə olaraq zərərçəkmiş Məhəmməd Əli Yusif Açanın ermənilərlə nə qohumliq , dostluq nə də işguzar əlaqəsi yoxdur. Mərkəzi Afrikada doğulmuş dini isalm olan bir ərəbin erməni kimi qələmə verilməsi Misirin uydurmasıdır. Bu iddianın , yəni işdə erməni izinin olmasının nədənsə hadisədən bir il sonra 2022- ci ilin yayında ortaya atılması da bu iddianın əsassız olmasına sübutdur.
Hakim haqqında onu deyə bilərəm, o, cəbhədə könüllü döyüşür , həmçinin tanınmış azərbaycanlılardan biri ilə yaxşı münasibəti olan bir insandır.

O ki, qaldı bu məhkəmə işi ilə Azərbaycan hökuməti, Azərbaycanın Ukraynadkı səfirliyi, Azərbaycanın Ukraynadakı diasporası sıx şəkildə maraqlanmış . Azərbaycan XİN-i tərəfindən səfirliyə tapşirilmış , səfirlik öz növbəsində Ukrayna tərəfinə məktub ünvanlamış. Azərbaycan yüksək dairələri Ukrayna Prezident aparatının rəhbəri Yermaka zəng edilmişdir. Yermak Baş Prokurora işin obyektiv aparılmasına, Azərbaycan ictimayətinin və dövlətini narahatlığnı çatdırmışdır.

Nəzərinizə çatdırmaq istəyirəm ki, məhz Misir və Sübhana törətdikləri cinayətə görə Ukrayna cinayət məcəlləsində göstərilən cəza 8 ildən 16 ilə qədər azadlıqdan məhrum etmə idi. Hakim məhz Misirin Qarabağ müharibəsinin iştirakçısı olduğu üçün Azərbaycan ictimayətində yaranmış harahatlığa görə cəzanın minimum həddini təyin edib.

Ukraynada Misirin işi ilə yaxından maraqlanan 10 nəfərə yaxın tanınmış azərbaycanlılarla əlaqə saxladım , hamısı birmənalı olaraq Misir və Sübhanı müqəssir hesab edirlər.

Misir və Sübhanı taniyan azərbaycanlılarla telefon əlaqəsi zamanı bu iki şəxsin digər cinayətlərinin də olmasını təsdiq etdilər. Subhanın Ukraynadakı Vladimiroski bazarından azərbaycanlılardan haqq tələb etməsini deyən adını açıqlanmasını istəməyən azərbaycanlılar var. Misrin Törətdiyi son cinayətdən əvvəl adının açıqlanmasını istəməyən azərbaycanlı iş adamına pul tələbi və hücumu ilə bağlı faktlar var. Xırda biznes və ticarətlə məşqul olan azərbaycanlılar bui barədə təhlükəsizlikləri üçün adlarının gizli saxlanılmasını xahiş etdilər.

Ukrayana kimi dost ölkədə Azərbaycana qarşı qərəzli işin olması inandırıci deyil . İstər Vətən müharibəsində Ukraynanın Azərbaycana dəstəyi , istərsə də beynəlxalq təşkilatlada Ukraynanın Azərbaycana siyasi dəstəyi bizim və Ermənistanın diqətindən yayınmayıb. 44 günlük müharibədə Ukraynanın Yeravandakı səfirliyini qarşisindaki etiraz aksiyası buna əyani subutdur.

Ukraynanın azadlığı uğrunda yüzlərlə azərbaycanlı döyüşçü könüllü olaraq döyüşür, Ukrayna Prezidenti Zelenski bir çox azərbaycanlını şəxsən yüksək mükafatlarla təltif edib, hətta milli qəhrəman adı ilə də təltif edilən azərbaycanlı var. Azərbaycanda bu məsələdən məlumatı olmayan insanlar Rusiya tərəfindən aparılan anti-Ukrayna kompaniyasına qoşularaq , Rusiya tərəfindən qısqancliqla qarşılanan Azərbaycan və Ukrayna arasında olan yüksək dostluq münasibətlərinə qarşı addım atılır . Bəli Ukrayna döyüşən Azərbaycanlıların çoxluğu, Azərbaycan dövlətini dost Ukraynaya yardımları yuksək rusiya dairələrində və rusiya mətbuatında dilə dətrilir. Rus ictimai xadimləri son vaxtlar mətbuatda açıqca söyləyirlər ki, Ukrayna ilə məsələni bitirdikdən sonra Azərbaycan ilə məsələni həll edəcəyik.

Sonda bir sözlə fikrimi tamamlamaq istəyirəm, Azərbaycan əsgəri, Azərbaycan qazisini cinayəykar obrazında dünyaya təqdim etməyin. Azərbaycan əsgəri işğalçı, soyğunçu rus və erməni əsgərindən fərqli olaraq öz Vətəni uğrunda döyüşən humanist, vətənpərvər bütün yüksək əxlaqı keyfiyyətlərə malik Polad Həşimov, Mübariz İbrahimov kimi insanlar ola bilər”.

www.yenicag.az

975
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv