!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın müharibə gəlirləri: Nüfuzlu qəzet Putinin reytinqini AÇIQLADI

!Reklam – Yazi

Ruslar hazırda müharibədən daha çox gəlir əldə edirlər. Ev təsərrüfatlarının gəlirləri son 10 ildə 2 dəfə artıb. Eyni zamanda, mağazalarda piştaxtalar tam doludur, istehlak üçün bütün imkanlar var.

Yenicag.az xəbər verir ki, bu barədə nüfuzlu “The Wall Street Journal” nəşri məlumat yayıb.

Qəzet yazır ki, Qərbin bütün səylərinə rəğmən, müharibə rusların yaşayışına ölümcül təsir etməyib, buna görə də rusların Putini dəstəkləməsi üçün bütün ilkin şərtlər var.

“Putin ölkə daxilində müxalifəti sıradan çıxaran, rəqiblərini məhv edən despot bir qorxu rejimi yaratsa da, indi ruslar hesab edir ki, Rusiya işğal etdiyi bütün ərazilərdə möhkəmlənməli və Putin öz missiyasını yerinə yetirməlidir. Ruslar bütün baş verənlərə baxmayaraq, Putinə hələ də inanır və onu qətiyyətlə dəstəkləyirlər”, qəzet yazıb.

Rafi Müslümov

www.yenicag.az

102
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv