!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın neftayırma zavodlarına dron HÜCUMLARI: Benzinin qiyməti ən yüksək həddə çatdı

!Reklam – Yazi

Ukraynanın dronlarla Rusiyanın neftayırma zavodlarına hücumları nəticəsində dünyanın ən böyük neft ölkəsində yerli yanacağın qiyməti qalxıb.

Yenicag.az xəbər verir ki, bu barədə nüfuzlu “Politico” nəşrinin “Putinin yanacaq problemi: Ukrayna Rusiyanın dizel və qaz sektorunu necə sıradan çıxarır?” adlı sərlövhəli məqaləsində qeyd olunub.

Nəşr rəsmi məlumatlara istinadən bildirir ki, Rusiyada dizel yanacağının qiyməti son bir həftə ərzində təxminən 10 faiz bahalaşıb. Benzinin qiymətləri isə ilin əvvəlindən bəri 20 faizdən çox artaraq, altı ayın ən yüksək səviyyəsinə çatıb.
KİV iddia edir ki, Ukrayna ordusu hücumlarının arealını genişləndirdikcə, Rusiyada analoji böhranın böyüməsi istisna olunmur. Bundan öncə Ukrayna Silqhalı Qüvvələri sərhədyanı şəhər və kəndlərə dron hücumları həyata keçirirdisə, hazırda ukraynalı hərbçilərin göndərdikləri dronlar Rusiyanın mərkəzinə – Tatarıstana qədər gedib çıxa bilir.

“Politico” həmçinin yazır ki, Avropa İttifaqının Rusiyaya qarşı sərgilədiyi sanksiyalar fonunda Rusiya qazının Avropaya birbaşa ötürülməməsi Putin rejimi üçün yüksək yanacaq probleminin yaranmasına səbəb olub.

Rafi Müslümov

www.yenicag.az

119
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv