!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rusiyanın nüvə qüvvələrinin hazırlığında dəyişiklik müşahidə edilmir” – NATO-nun Baş katibi

!Reklam – Yazi

“NATO-nun üzv ölkələri dünya birliyini və BMT-ni bir araya gətirərək Rusiyaya qarşı sanksiya təzyiqini artırmalıdır”.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu fikirləri Rusiya Prezidenti Vladimir Putinin dünyanı nüvə silahı ilə təhdid etməsindən sonra yaranan vəziyyətə toxunan NATO-nun baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, indiki şəraitdə Rusiyanın təcavüzkar addımlarının qarşısını almaq üçün səylər birləşdirilməlidir:

“NATO tərəfindən Rusiyanın strateji nüvə qüvvələrinin hazırlığında hələ ki dəyişiklik müşahidə olunmur və alyans öz sayıqlığını itirmədən hadisələrin inkişafını diqqətlə izləyir.

Rusiyada qismən səfərbərliyin elan edilməsi haqda məlumat Qərb ölkələrinin Ukraynaya yardımları davam etdirmək hazırlıqlarına müsbət təsir göstərir”.

www.yenicag.az

377
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv