!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın nüvə silahı TƏHDİDİ: "Putinin cilovlanması rus xalqından asılıdır"

!Reklam – Yazi

“Putin, həqiqətən də, taktiki nüvə silahının işlədilməsi barədə əmr versə, ya Rusiya hakimiyyəti daxilində, ya da Qərb dövlətləri tədbir görməlidir”.

Bu sözləri Rusiyanın Qərbi nüvə silahı ilə hədələməsini şərh edən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Zərdüşt Əlizadə bildirib ki, nüvə müharibəsi bəşəriyyətin sonu olacaq:

“Putin barəsində Haaqa Məhkəməsinin qərarı var ki, o, hərbi cinayətkardır. Rusiya çox ağır müharibə cinayəti hesab edilən nüvə silahı hədəsi ilə hamını təhdid edir. Putinin cilovlanması rus xalqından asılıdır. Rus xalqı isə xəstədir. Bizim qonşuluğumuzda bir xəstə xalq daha yaşayır – erməni xalqı. Dərindən baxanda Azərbaycan xalqı da xəstədir. Günün günorta çağı cəmiyyətdə bu qədər qüsurlar, cinayətlər, haqsızlıqlar var, hamı buna dözür. Amerikan xalqı da xəstədir. Gülmə qonşuna, gələr başına. Vaxtilə 70-ci illərin sonu, 80-ci illərdə SSRİ kimi nəhəng dövlətin başında qocalar oturub. Buna gülürdülər. İndi özləri iki qocanın əlində.

Putinin sözünə fikir vermək lazım deyil. Əgər o, həqiqətən də, taktiki nüvə silahının işlədilməsi barədə əmr versə, ya Rusiya hakimiyyəti daxilində, ya da Qərb dövlətləri tədbir görməlidir. Çünki nüvə silahı istifadə qərarı veriləndə o mərmilər anbarlardan gətirilməlidir. O anbarlar nəzarət altındadır, xüsusilə Qərb kəşfiyyatının nəzarəti var. O başlıq gətirilməli, quraşdırılmalıdır, bunun üçün vaxt lazımdır. Bu zaman tədbir görmək olar. Nüvə müharibəsinin başlanması ilə taktiki nüvə silahından operativə, operativdən stratejiyə keçiləcəyi elmi üsullarla sübut olunub. Sonra isə bəşəriyyətin sonu gələcək”.

Səxavət Məmməd

www.yenicag.az

255
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv