!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın nüvə silahından istifadə EHTİMALI: Putinin vecinə deyil, hər iki tərəf ziyan görsə də, atom bombası atacaq...? - RƏY

!Reklam – Yazi

“Digər tərəfdən, ABŞ və Böyük Britaniya, nəinki nüvə, hətta kimyəvi silahdan istifadəni artıq qırmızı xəttin keçilməsi olaraq qəbul edəcəklərini, anında adekvat cavab tədbiri görəcəklərini tam qəti olaraq bəyan ediblər. Düşüncəmə görə, bütün bu ciddi arqumentlərdən sonra Putin atom silahından istifadəyə cürət etməz. Bu yalnız onun sonunu tezləşdirə bilər”.

Bu fikirləri Rusiyanın Ukrayna ilə apardığı müharibənin gedişində nüvə silahından istifadə etmə ehtimalını dəyərləndirən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-da açıqlamasında səsləndirib.

Tərlan Eyvazov bildirib ki, Rusiyaya qırmızı xətt göstərilib və Putinin atom silahından istifadə etməsi real deyil:

“Atom bombasından istifadə faktiki olaraq dünya müharibəsi demək olacaq. Rusiyanın atom silahından istifadə etmə ehtimalının hüquqi tərəfinə baxmaq lazımdır. Rusiya hərbi doktrinası və digər aidiyyatı üzrə qəbul olunmuş sənədlərə görə, atom silahı yalnız ölkəyə xarici təcavüz ediləcəyi halda işlədilə bilər. İndiki məqamda Rusiya nəinki hücuma məruz qalmayıb, heç müharibə belə elan etməyib. İlk gündən bildirildiyi kimi, Ukraynada xüsusi əməliyyat keçirir. Ukrayna özü də Rusiyaya müharibə elan etməyib, ancaq var gücü ilə müdafiə olunur.

Tabii ki, Putinin döyüşlərin ilk günlərində hərbi rəhbərliyi yanına çağırıb “1 nömrəli vəziyyətə hazır olun” tapşırığını verməsi və bunun TV-lərdən bəyan edilməsi nüvə silahının işlədiləməsinə hazırlıq kimi qəbul edilə bilər. Belə olduğu halda, qitələrarası nüvə raketlərindən söhbət gedə bilməz, çünki buna ehtiyac yoxdur, həm də bunun dünya nüvə müharibəsinə gətirib çıxma təhlükəsi var.

Taktiki nüvə başlıqlı raketlərinin atılması mümkün görünə bilər. Bu raketlərin dağıdıcı təsir radusu təxminən 2 kilometrdir. Amma radiasiya yayımı 15 kilometrdən az deyil. Həmçinin küləyin hansı səmtə əsdiyini nəzərə alsaq, radiasiya buludları tək Avropa istiqamətinə deyil, Rusiya və Belarus səmasına da daxil olacaq. Deməli, rus ordusu Ulrayna qüvvələrini atəşə tutmaq üçün cəbhə xəttindən, ən azı, 20 kilometr geriyə çəkilməlidir. Zərbədən sonra isə yalnız məxsusi radiasiya əleyhinə olan geyimlər və örtüklər istifadə edilməklə döyüş maşınları ən son sürətlə radiasiya zonasını keçməli, daha sonra isə döyüş tapşırığını yerinə yetirməlidir. Çünki hər bir halda arxada olan Ukrayna hərbçilərindən də salamat qalanlar olacaq, onlarla da döyüş aparılmalıdır. Belə ssenari həyata keçiriləcəyi anda Ukrayna kəşfiyyatı, təbii ki, bundan vaxtında xəbər tutacaq, çünki rus qoşunlarının bu boyda yer dəyişməsi nəzərdən qaça bilməz. Deməli, Ukrayna qüvvələri də lazımi tədbirlərini alıb düşməni anındaca izləyəcəklər və bu da ruslara raketi atmağa əngəl olacaq.

Deyə bilərsiniz ki, Putinin vecinə deyil, hər iki tərəf ziyan görsə də, atacaq. Bəs onda kim irəli gedib ölkəni işğal edəcək? Həm də belə cinayətkar əmri ordu komandanlığı yerinə yetirərmi?

Ukrayna-Rusiya müharibəsinə təkcə savaş meydanından yox, həm də siyasi arenadan baxmaq lazımdır. Demokratik seçim öz sözünü deyir. Zelenski Ali Baş Komandandır, ancaq hərbçilərin işinə qarışmır. Ancaq onlara köməklik göstərir. Putin tiran olduğu üçün hərbçilərin də işinə qarışır. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov müharibənin necə aparılmalı olduğunu Putinə təqdim edib. Xəritə üzərində planlama belə olub ki, Ukrayna bir neçə gün artilleriya və raketlərlə vurulacaq, yalnız bundan sonra quru qoşunları hərəkət edəcək. Putin isə razılaşmayıb. Dərhal hücum əmri verib. Bir həftədən sonra Putin bunu etiraf edib ki, səhv edərək hərbçilərin işinə qarışıb. Putin, əslində, hərbçilərə yox, öncə xüsusi xidmət orqanlarına inanıb. Beseda onu inandırıb ki, Ukraynada onu gül-çiçəklə qarşılayacaqlar, Zelenski qaçacaq. Ancaq gedişdə məlum oldu ki, Putin məhz hərbçilərə güvənməli imiş və elə bu səbəbdən də Beseda və qurumun digər zabitləri həbs edildi, ancaq uğursuz da olsa, Gerasimov yerində qalır”.

Səxavət Məmməd

www.yenicag.az

1108
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv