!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın nüvə TƏHDİDİ: “Dünya barıt çəlləyinə bənzəyir” - Ekspertdən AÇIQLAMA

!Reklam – Yazi

“İlin sonuna qədər Avropada nüvə başlıqlarının sayı artacaq”.

Bunu Rusiyanın nüvə təlimlərinə başlaması fonunda dünyanı təhdid edən təhlükənin gələcək miqyasının necə dəyişəcəyini proqnozlaşdıran hərbi ekspert Ədalət Verdiyev Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, XXI əsrdə Avropanın xəritəsini dəyişməyə cəhd edən birindən hər şey gözlənilir:

“Rusiya nüvə silahından istifadənin dünyanı məhv edəcəyini dərk edir. Lakin Rusiya 2014-cü ildə əldə etdiklərini itirməyə başlayarsa, taktiki nüvə silahından istifadəni istisna etmək olmaz. Əks cavab ilə münaqişənin miqyasının necə dəyişəcəyəni proqnozlaşdırmaq çətindir.

Hazırkı vəziyyətdə dünya barıt çəlləyinə bənzəyir. Çünki ABŞ Avropada nüvə başlıqlarının sayını artırır. 2023-cü ilin mart ayına qədər yerləşdirilməsi proqnozlaşdırılan silahlar ilin sonuna qədər Avropaya gətiriləcək. Avropada yerləşən 150 nüvə başlığından 50-si Türkiyədədir. Ümumi nüvə başlıqlarının sayı artırılacaq”.

Nəsimi Ələsgərli

www.yenicag.az

538
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv