!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın özündən asılı saldığı Avropa ölkələri: "Kreml bütün dünyanı təhdid edir" - ŞƏRH

!Reklam – Yazi

“Avropa ölkələrinin hamısının öz maraqları var. Ona görə də onların Ukraynanı qurban verməsini görsək, təəccüblənməməliyik”.

Bunu dünyadakı ərzaq qıtlığı, beynəlxalq təşkilatlardan qorxulu proqnozlar və Rusiyanın sanksiyaların aradan qaldırılması qarşısında qida sahəsinə töhvə vermək şərtini şərh edən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.

Elşad Musayev bildirib ki, Rusiya hazırda ərzaqdan da silah kimi istifadə edir:

“Rusiyanın Ukraynaya hücumu birdən-birə ortaya çıxdı. Avropa bunu gözləmirdi. Uzun illər idi ki, bölgədə sakitlik var idi. Rusiya Ukraynanın bir hissəsini tutmuşdu. Ancaq böyük hücumun olacağını heç kim gözləmirdi. Rusiya qoşunlarını Ukrayna sərhədinə yığandan sonra müəyyən qədər narahatlıqlar başladı. O vaxt da Avropa ölkələri düşünürdü ki, Rusiya Ukraynadan hansısa güzəştlər qoparmaq istəyir. Yalnız ABŞ-ın kəşfiyyat orqanları məlumat verirdilər ki, Rusiya hücum edəcək. Avropa ölkələri hazırlıqsız yaxalandı. Avropa ölkələrində müharibəyə hazırlıq yox idi. Ölkələrin əksəriyyəti ordusunun sayını azaltmışdı.

Bütün bunların fonunda Avropa ölkələrinin bir çoxu Rusiyadan asılı vəziyyətə düşmüşdü. İstər enerji resusları baxımından, istərsə də ərzaq baxımından xeyli Avropa ölkəsi Rusiyadan asılı idi.

Rusiya faktiki olaraq bütün dünyanı təhdid edir. Bir yandan işağlçılıq siyasəti həyata keçirir, digər tərəfdən də taxıl satışına icazə vermir.

Rusiya fürsətdən istifadə edib Ukrayna taxılının da bazarlara çıxmasının qarşısını alır. Ona görə də Avropa ölkələrinin rəhbərləri Ukraynadan güzəşt tələb edirlər”.

Səxavət Məmməd

www.yenicag.az

300
Ads
www.veteninfo.com
!Reklam – Arxiv