!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın postsovet məkanına yerləşdirdiyi "BOMBA"LAR: "SSRİ dövründən qalan münasibətlər sistemini ideologiyadan..."

!Reklam – Yazi

“Rusiyadan indiki şəraitdə fərqli yanaşma gözləmək mümkün deyil. Çünki o, separatçı uşaqları özü yaradır, formalaşdırır, yetişdirir”.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrovun Qarabağla bağlı verilən suallardan yayınmasına münasibət bildirən pollitoloq Elçin Mirzəbəyli Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, Sergey Lavrovun Rusiyanın ümumi xarici siyasət kursundan yayınaraq müstəqil formada hərəkət etdiyini düşünmək yanlışdır:

“Mahiyyət etibarilə Rusiyanın xarici siyasətini ifadə edən Sergey Lavrov Moskvanın müəyyən etdiyi platforma üzərindən hərəkət edir. Qarabağla bağlı verilən suallardan yayınması Lavrovun yox, Moskvanın mövqeyidir.

Rusiyanın postsovet məkanında yeritdiyi siyasətdə kifayət qədər yanlışlıq var. Bu məsələ ilə bağlı saatlarla danışmaq olar. Problemin kökündə dayanan amil isə Rusiyanın postsovet ölkələrinin təhlükəsizliyinə təminat verə bilməməsidir. Rusiyanın separatçılığa qarşı sərt mövqe sərgiləməyə, MDB üzvü olan ölkələrinin təhlükəsizliyinə təminat verməyə kifayət qədər resursu var. SSRİ dövründən qalan münasibətlər sistemini ideologiyadan təmizləyərək təkmilləşdirmək olardı. Rusiya bu yolun tam əksinə getdi və reketçilik siyasəti yeritməyə başladı. SSRİ-nin axırına çıxan mexanizmlərlə hələ də yoluna davam edir.

Rusiyadan indiki şəraitdə fərqli yanaşma gözləmək mümkün deyil. Çünki o, separatçı uşaqları özü yaradır, formalaşdırır, yetişdirir. Bütün postsovet məkanlarında münaqişlərinin səbəbi həmin uşaqlardır. Bu aspektdən baxdıqda Lavrovun Qarabağla bağlı verilən suallardan yan keçməsi hər kəsin bildiyi siyasəti təkrarlamaq istəməməsindən qaynaqlanan amildir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

360
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv