!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın proseslərdə qızışdırıcı rolu: "Azərbaycanın bir nömrəli vəzifəsi erməni silahlılarını..." - ŞƏRH

!Reklam – Yazi

“Yaxın vaxtlarda antiterror əməliyyatlarının icrasının həyata keçirilməsinə başlanılacaq”.

Bu fikri Qarabağ ətrafında gedən proseslər, gərginlik və bunda Rusiyanın rolunu şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında səsləndirib.

Qabil Hüseynli bildirib ki, Azərbaycanın qarşısında duran bir nömrəli məsələ ərazidəki erməni silahlılarının çıxarılmasıdır:

“Erməni silahlıları ərazidən çıxarılmadan bölgədə möhkəm və dayanıqlı sülh xəyaldır, baş tutmayacaq. Rusiya proseslərdə qızışdırıcı rol tutub.

Rusiya Üçtərəfli bəyanata görə erməni silahlılarını çıxarıb, özü oraya yerləşməli idi. Ruslar nəinki bunu icra etdi, əksinə, onların bölgədə qalıb möhkəmlənməsinə yardım göstərdi. Ona görə də sülh danışıqları prosesi öz yerində, Azərbaycanın bir nömrəli vəzifəsi ərazisində olan erməni silahlılarını çıxarmaqdır. O qoşunlar çıxarılmadan daima müharibə vəziyyəti olacaq, həmişə müharibəyə çağırışlar olacaq. Güman edirəm ki, artıq Azərbaycanın antiterror əməliyyatlarına dair planı hazırdır”.

Səxavət Məmməd

www.yenicag.az

301
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv