!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın "qara siyahısı" AÇIQLANDI - 2021-də 2, 2022-də 48 ölkə...

!Reklam – Yazi

Rusiya hökuməti “düşmən ölkələr”inin siyahısını tərtib edib.

Yenicag.az  xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı müvafiq sənəd imzalanıb.

Siyahıya 48 ölkə daxil.  Bildirilib ki, 2021 ci ildə ABŞ və Çexiyanı “Rusiyaya düşmən olan ölkələr və regionlar” siayhısında yer aldığı halda, 2022 ci ildə daha 26 ölkə bu siyahıya daxil olub.

Siyahıya ABŞ, Kanada, Böyük Britaniya, bütün Avropa İttifaqı ölkələri və Cənubi Koreya, həmçinin Avstraliya daxildir.

Siyahıya daxil olan 48 ölkəni təqdim edirik:

ABŞ, Kanada, İngiltərə və bütün Böyük Britaniyaya bağlı bölgələr, Avstraliya, Cənubi Koreya, Mikroneziya, Monako, Norveç, San Marino, Şimali Makedoniya, Yaponiya, Tayvan, Yeni Zelandiya, Sinqapur, Ukrayna, Monteneqro, İsveçrə, Albaniya, Andorra, İslandiya, Lixtenşteyn, Avstriya, Almaniya, Belçika, Bolqarıstan, Çexiya Respublikası, Danimarka, Estoniya, Latviya, Litva, Lüksemburq, Malta, Hollandiya, Polşa, Cənubi Kipr, Yunanıstan,  Xorvatiya, Finlandiya, Fransa, İspaniya, Slovakiya, Sloveniya, İsveç, Macarıstan, İtaliya, İrlandiya, Portuqaliya, Rumıniya.

Siyahı Rusiya Prezidentinin 5 mart 2022-ci il tarixli “Bəzi xarici kreditorlar qarşısında öhdəliklərin yerinə yetirilməsinin müvəqqəti qaydası haqqında” fərmanı çərçivəsində təsdiq edilib.

www.yenicag.az

1071
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv