!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın Qarabağ oyunu: "Prosesin sonu Azərbaycanın xeyrinə olacaq" - ŞƏRH

!Reklam – Yazi

“Rusiyanın Gürcüstanda və Moldovadakı kimi oyunları Azərbaycanda alınmayacaq”.

Bu sözləri Rusiyanın Qarabağdakı davranışlarını şərh edən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Zərdüşt Əlizadə bildirib ki, prosesin sonu Azərbaycanın xeyrinə olacaq:

“Rusiya hələki Qarabağda Abxaziya və Osetiyadakı kimi davranmır. Çünki Qarabağı müstəqil tanımır. Ona görə də onları açıq şəkildə dəstəkləmir. Ancaq baş verənlər Azərbaycana işarədir ki, rəsmi Bakı mövqeyindən geri çəkilməsə, güzəştə getməsə, Abxaziya və Osetiya variantı işə düşə bilər. Bu nə qədər onların iqtidarındadır, nə qədər bunu bacaracaqlar başqa məsələdir.

Düşünürəm ki, Azərbaycanla bu oyunlar alınmayacaq. Gürcüstan zəif idi, güclü müttəfiqi və ordusu yox idi. Ancaq Azərbaycanın güclü ordusu, müttəfiqi və gücü var. Rusiya əsas oyunçudur. Məsələ ondadır ki, Rusiya beynəlxalq arenadan təcrid olunub. Onu sayan yoxdur, onun məğlubiyyətini istəyən qüvvələr daha çoxdur.

Siyasət oyundur. Hər tərəf öz imkanlarından istifadə edib qazanmaq istəyir. Əminəm ki, hər şey yaxşı olacaq”.

Səxavət Məmməd

www.yenicag.az

483
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv