!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın Qarabağ PLANI: "Bu il bizi ciddi mübarizə gözləyir"

!Reklam – Yazi

“Növbəti hədəfimiz bayrağımızı Xankəndidə dalğalandırmaqdır”.

Bunu erməni nəşrlərin Ruben Vardanyanın istefa verəcəyi və rəsmi Bakının nümayəndə təyin edəcəyilə bağlı iddialarına münasibət politoloq Elxan Şahinoğlu Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, bu il Azərbaycanı ciddi mübarizə gözləyir:

“Torpaqlarımızın böyük hissəsini azad etdikdən sonra növbəti hədəfimiz bayrağımızı Xankəndidə dalğalandırmaqdır. Lakin, təəssüf ki, istəyimizə hələ tam nail ola bilməmişik. İstəyimizə nail olmaq üçün fəaliyyətimizi genişləndirmişik. Yollarda nəzarəti bərpa etmək bizim uğurumuzdur. Lakin tələsib sevinmək olmaz.

Kremlin Xankəndiyə göndərdiyi Vardanyanla mübarizəmizi davam etdiririk. Bu il bizi ciddi mübarizə gözləyir. Hələ separatçıları tərksilah edə, rus sülhməramlı kontingentini ərazidən çıxara bilməmişik. Həlli vacib məsələləri həll etdikdən sonra uğurumuza ürəkdən sevinə bilərik”.

Nəsimi Ələsgərli

www.yenicag.az

342
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv