!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın Qarabağdakı maşasının AQİBƏTİ: "Paşinyanın devrilməsi ssenarisi də mövcuddur"

!Reklam – Yazi

“Vardanyan istəsə belə, Ukrayna müharibəsi fonunda Rusiyanın törətdiyi cinayətləri, ya da işğalçılığı dilə gətirib nəsə deyə bilməz”.

Bunu erməni milyarder Ruben Vardanyanın BBC-nin “Hard Talk” proqramına verdiyi müsahibəsində səsləndirdiyi fikirlərə münasibət bildirən politoloq Turan Rzayev Yenicag.az-a açıqlamasında deyib.

Turan Rzayev qeyd edib ki, Vardanyan müsahibədə bir çox, xüsusilə də Rusiya ilə bağlı suallardan yayınıb:

“Vardanyan müsahibəsi zamanı ona ünvanlanan bir çox suala təxribatçı, yalan dolu cavablar verməyə çalışıb. Bəzi suallar qarşısında susmaqla kifayətlənsə də, bəzi məqamlarda özünü ifşa edib.
Müsahibə zamanı diqqət çəkən məqamlardan biri Vardanyanın Rusiya-Ukrayna müharibəsi ilə bağlı suallardan yayınması oldu. Belə ki, yenə də ermənilərin “humanitar fəlakəti” haqqında cəfəng danışmağa başlayıb.

Vardanyan müsahibəsində işlətdiyi “beynəlxalq ictimaiyyətin dəstəyini almaq imkanlarına mane olar” cümləsilə, əslində, özünün kimlərin layihəsi olduğunu da etiraf etmiş oldu. Vardanyanın ortaya qoyduğu bu mövqe onun Rusiyanın, Sarkisyan-Köçəryan qruplaşmasının layihəsi olmasını, Paşinyana müxalif olduğunu bir daha sübut etdi.

Məsələ ondadır ki, Vardanyan istəsə belə, Ukrayna müharibəsi fonunda Rusiyanın törətdiyi cinayətləri, ya da işğalçılığı dilə gətirib nəsə deyə bilməz. Yaxşı bilir ki, belə bir addım onun sonu ola bilər.

Rusiya Vardanyandan qərbmeyilli, antiRusiya görüşlü Paşinyan hakimiyyətini cəzalandırmaq vasitəsi kimi istifadə edir. Burada Paşinyanın devrilməsi ssenarisi də mövcuddur.

Bu mənada demək olar ki, Vardanyan Qarabağda əbədi qalmayacaq. Qarabağ onun üçün sadəcə tramplin rolu oynayır. Yəni Ermənistan siyasətinə qədəm qoymaq üçün o, ilk növbədə, özünü doğrultmalı, ciddi nələrsə etməli, daha sonra Paşinyanla açıq mübarizə üçün Ermənistan siyasətinə gəlməlidir.

Prinsip etibarilə Vardanyanın BBC-nin “Hard Talk” proqramına qatılması da yenə Ermənistan ictimaiyyətinə hesablanan bir addım idi. Onun bu tipli müsahibələrini, açıqlamalarını yenidən görə bilərik.

Nəsimi Ələsgərli

www.yenicag.az

355
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv