!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rusiyanın qarşısında yatmaqdansa, sinəmə güllə dəysə yaxşıdır” – Fransanın baş naziri

!Reklam – Yazi

Fransa parlamenti Kiyevlə ikitərəfli təhlükəsizlik sazişini təsdiqləyib.

Yenicag.az xəbər verir ki, bu barədə “Le Figaro” məlumat yayıb.

Bildirilir ki, Fransa Milli Assambleyasının (parlamentin aşağı palatası) deputatları baş nazir Qabriel Atalın Ukraynaya dəstək strategiyası və təhlükəsizliyinə dair ikitərəfli sazişə dair hesabatını təsdiqləyiblər.

Səsvermədən əvvəl parlamentdə çıxış edən Atal parlamentariləri sazişi və Kiyevi dəstəkləməyə çağırıb.

“Rusiyanın qarşısında arxası üstə uzanmaqdansa, sinəmə güllə dəyməyi üstün tuturam”, – Atal deyib.

Müzakirələr zamanı deputatların əksəriyyəti Ukraynanı dəstəkləyiblər.
Eyni zamanda onlar prezident Emmanuel Makronun bəzi bəyanatlarını, xüsusən də Qərb qoşunlarının Ukrayna ərazisinə mümkün daxil olması ilə bağlı tənqidi fikirlər səsləndiriblər.

Xuraman Etibarlı

www.yenicag.az

121
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv