“Hesab edirdim ki, burada İlham Əliyevin bir səlahiyyətli nümayəndəsi var. Sən demə, bir neçə səlahiyyətli nümayəndə var, onlardan biri də Araz Əlizadədir”.
Yenicag.az xəbər verir ki, bunu prezidentiyə namizədlərin ödənişsiz efir vaxtında ADP sədri Sərdar Cəlaloğlu deyib. Rusiyanın Azərbaycanın dostu olduğunu deyənlərə üzünü tutan Sərdar Cəlaloğlu qeyd edib ki, Jirinovski hər dəfə deyir ki, Azərbaycan Rusiyanın tərkibinə daxil olmalıdır, Qarabağ bizimdir, Azərbaycan xalqı qoyundur: “Burada oturan prezidentliyə namizədlər isə deyir ki, Rusiya bizim dostumuzdur.
Bizim ənənəvi düşmənimiz Rusiyadır. Rusiya bizi işğal edib. Rusiyanın qoltuğuna girməklə biz hər şeyimizi itirərik. Ona görə də, bir millət, iki dövlət şüarı artıq dəyişdirilməlidir. Bir millət, bir dövlət siyasətini irəli sürürəm”.
Türk konfederasiyasının yaranmasını təklif edən ADP sədri qeyd edib ki, Türkiyə ilə Azərbaycan vahid siyasət aparacaq:
“Dostumuz da, düşmənimiz eyni olacaq”