!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın qondarma “Talış-Muğan" təxribatına səfirliyin gecikmiş REAKSİYASI: "Səfir dəyişilməlidir"

!Reklam – Yazi

“İndiki vəziyyətdə, bütövlükdə Cənubi Qafqazda Rusiya öz mövqelərinin laxladığı bir məqamda bu “silah”dan istifadəyə üstünlük verir”.

Bu sözləri bu ay Rusiyanın Yekaterinburq vilayətində qondarma “Talış-Muğan Muxtar Respublikası”nın 30-cu ildönümünün təşkil edilməsinə münasibət bildirən siyasi ekspert Natiq Miri Yenicag.az-a açıqlamasında qeyd edib.

O həmçinin bildirib ki, Azərbaycanın Rusiyadakı səfirliyi heç zaman çevik siyasət yürütməyib və soydaşlarımız heç zaman bu orqandan razı qalmayıb:

“Bildiyimiz kimi, Rusiya dünyada separatizmin anası hesab edilir və bütün zamanlarda özünün “arxa baxçası” saydığı bütün regional ölkələrdə bu separatizmi dəstəkləyir. Bu gün də həmin siyasətin davam etdiyinin şahidi oluruq. Zamanla bu separatizm siyasəti bütün post-sovet ölkələrinə tətbiq edildiyi kimi indi də Azərbaycana qarşı istifadə edilməkdədir. Qarabağdakı quldur separatçı rejimi dəstəkləyən yeganə ölkə Rusiyadır. Görünür, bu addımlar yetərli deyil ki, Rusiya Azərbaycanda yeni təzyiq mexanizmləri yaratmaq istəyir. Biz bunu 1993-cü ildə də müşahidə etmişdik. Rusiyanın maraqlarının Azərbaycandan sıxışdırıldığı bir zamanda o, dərhal hərəkətə keçmişdi.

İndiki vəziyyətdə, bütövlükdə Cənubi Qafqazda Rusiya öz mövqelərinin laxladığı bir məqamda bu “silah”dan istifadəyə üstünlük verir. Çünki hiss olunur ki, bu gün Rusiyanı Azərbaycan-Ermənistan münasibətləri çərçivəsində oyundan kənar hala salmaq istəkləri var. Üstəlik, bu yönümdə ciddi nailliyyətlər də var. Yəni başda ABŞ olmaqla Qərb dünyası Rusiyanı regiondan sıxışdırıb çıxarmaq istəyir.

Belə olduğu təqdirdə Rusiya Qarabağdakı varlığına bütövlükdə Cənubi Qafqazdakı varlığı kimi yanaşır. Buna səbəb məsələlərin tənzimlənməsi sülhməramlıların Qarabağdan çıxmasına şərait yaradacaqdır ki, bu da gələcəkdə Rusiyanın Ermənistandakı hərbi varlığına son qoyacaq.

2025-ci ilədək zaman daraldıqca, Rusiya regiondan çıxışını əngəlləmək üçün istər Qarabağda, istər Azərbaycan-Ermənistan şərti sərhədində, istərsə də daxildə təxribatlara əl ata bilər. Bu da tərəflərin Rusiyanın özünəməxsus gerçəklərini qəbul etmək məqsədi daşıyır.

Bu baxımdan “Talış-Muğan” kimi heç bir arxaik, əsası və mənası olmayan bir ideyanın yenidən dirildilməsi yalnız bundan xəbər verir. Çünki bu Azərbaycana heç bir zaman təyziq mexanizmi ola bilməz. Belə bir anlayış cənub zonamızda çoxdan unudulub. Bu qondarma ideya üçün heç bir potensial və şərait də mövcud deyil. Rusiya bu cür məslələri qaldırsa da, qaldırmasa da, bir mənası olmayacaq. Bu faktın özü onu göstərir ki, Rusiya artıq saman çöpündən yapışıb.

Rusiyanın regionda qala bilməsinə yeganə yardım edə biləcək məsələ Putinin Ərdoğanla sentybrın 4-də baş tutmalı olan görüşüdür. Belə ki, sözügedən görüşdə Qarabağ probleminin Türkiyə-Rusiya-Azərbaycan kontekstində birdəfəlik həllindən keçir. Rusiya buna razılaşarsa və qoşunlarını qeyd edilən tarixdə Qarabağdan çıxarsa, onun Qarabağda maraqlarının təmin edilmə şansı qalacaq. Əks təqdirdə, Rusiya bu imkanlarını da itirəcək.

O ki qaldı Rusiyadakı səfirliyimizin hadisəyə reaksiyasına, səfirlik heç vaxt çevik siyasət yürütməyib. P.Bülbüloğlunun sədrliyi ilə fəaliyyət göstərən bu səfirlik heç zaman təşəbbüskar olmayıb. Buna görə də bu ölkədə yaşayan soydaşlarımızın razılıq elementi görə bilməmişik. Azərbaycanlılar bu səfirlikdən həmişə narazı olublar.

Düşünürəm ki, P. Bülbüloğlunun da dəyişilmə vaxtı çatıb. İndi sənətçilərin zamanı deyil. Hazırda Rusiyada ciddi siyasi diplomatların fəaliyyətlərinə və çevik qərarlarına ehtiyac duyulur”.

Yusif Səmədzadə

www.yenicag.az

291
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv