!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın salındığı AVDEYEVKA BATAQLIĞI: “İşğalçıların bu bəyanatları onu göstərir ki...”

!Reklam – Yazi

“Kreml mirzələri artıq yeni ilə qədər Avdeyevkanın mühasirəyə götürüləcəyi barədə danışmağa başlayıblar”.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu fikirləri Avdeyevka istiqamətində uğursuz hücum əməliyyatlarını davam etdirən Rusiyanın geri oturdulacağını vurğulayan adıçəkilən şəhərin Hərbi Administrasiyasının rəhbəri Vitali Barabaş deyib.

Barabaşın sözlərinə görə, Ukrayna ordusu Rusiyanın hücumlarını dəf etsə də, Avdeyevka cəbhəsində vəziyyət kifayət qədər mürəkkəbdir:

“Kreml təbliğatçıları nə müddətdir guya Avdeyevkaya yaxınlaşdıqlarını və şəhərin tezliklə ələ keçiriləcəyini bildirirdilər.

Onlar hətta diktator Putinin canlı mətbuat konfransına qədər Avdeyevkanı işğal etməyi planlaşdırırsalar da, buna nail ola bilmədilər.

Ona görə də Kreml mirzələri artıq yeni ilə qədər Avdeyevkanın mühasirəyə götürüləcəyi barədə danışmağa başlayıblar.

Ancaq hamı başa düşür ki, Rusiyanın Avdeyevkanı ələ keçirməsi mümkün olmayacaq.

İndi də prezident seçkiləri ərəfəsində “uğur qazanılacağından” dəm vururlar. Əminəm ki, onların heç bir planı baş tutmayacaq”.

www.yenicag.az

373
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv