!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın savaşdan məlub çıxması: "Bu, Azərbaycan üçün geniş perspektivlərə yol aça bilər" - RƏY

!Reklam – Yazi

“Rusiyanın məğlubiyyəti dövlətimiz üçün bir sıra müsbət hadisələrin yaşanmasına səbəb ola bilər”.

Yenicag.az xəbər verir ki, bu sözləri Rusiya-Ukrayna müharibəsinin davam etməsinin Azərbaycana siyasi baxımdan mümkün təsirlərini dəyərləndirən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

O bildirib ki, Rusiyanın müharibə nəticəsində zəifləməsi regionda yeni siyasi mühitin formalaşmasına və türk dövlətlərinin möhkəmlənməsinə imkan yarada bilər:

“Rusiyanın zəifləməsi keçmiş SSRİ ölkələrinin müstəqilliyinin möhkəmlənməsi deməkdir. Bununla yanaşı, regionda yeni super güc yarana bilər. Xüsusən də Türkiyə Rusiyanın doldura bilmədiyi geopolitikanı dolduracaq. Nəticədə regionda Türk Dövlətləri Birliyi yeni füsətlə inkişaf edəcək. Həmçinin Ukrayna, Türkiyə və Azərbaycan arasında çox ciddi strateji mütəffiqlik yarana bilər. Yəni Rusiyanın müharibədə uduzması Azərbaycan üçün geniş perspektivlərə yol aça bilər. Rusiyanın məğlubiyyəti dövlətimiz üçün bir sıra müsbət hadisələrin yaşanmasına səbəb ola bilər. Xüsusən də işğaldan azad olunmuş ərazilərdə yerləşən rus sülhməramlıları avtomatik olaraq ərazilərimizi tərk edəcəklər. Çünki SSRİ dağılanda Sovet ordusu Şərqi Avropadan, Azərbaycandan, Gürcüstandan və digər ölkələrdən könüllü şəkildə çıxdı”.

Gülşən Şərif

www.yenicag.az

391
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv